Sədərəkdə mağazalardan birində yanğın baş verib – VİDEO
Sədərəkdə yanğın baş verib.
ARANTV.AZ xəbər verir ki, yanğınla bağlı məlumat sosial şəbəkələrdə paylaşılıb. İddialara görə, yanğın bu gün səhər saatlarında Sədərək Ticarət Mərkəzində yerləşən mebel mağazalarından birinin anbarında başlayıb.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yanğınla bağlı “112” qaynar telefon xəttinə məlumat daxil olub:
“Sədərək Ticarət Mərkəzində yanğın baş verməsi ilə bağlı daxil olan məlumat əsasənda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Əlavə məlumat veriləcək”.

