Allahşükür Paşazadə Portuqaliyaya səfər edəcək
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Portuqaliyaya səfər edəcək.
Bu barədə “İki sahil”ə QMİ-dən məlumat verilib.
Qeyd edilib ki, səfər KAİSİİD Beynəlxalq Dialoq Mərkəzinin Baş katibi dr. Zuheyr Alharsinin dəvəti əsasında həyata keçirilir.
A. Paşazadə “Transformativ Dialoq: Sürətlə Dəyişən Dünyada Sülh naminə Alyansların qurulması” mövzusunda 14- İ6 may tarixlərində Lissabonda keçiriləcək KAICIID 2024 Qlobal Forumunda iştirak və çıxış edəcək.
Qlobal Forumun nəzərdə tutulan məqsədi Birləşmiş Millətlər Təşkilatının 2030-cu il Gündəliyində təsbit edilən insan ləyaqətini təsdiq etmək naminə ümumi məqsədlərə doğru transformativ dialoq proseslərinin qurulması üçün yol xəritəsi haqqında qərar qəbul etməkdir.
QMİ sədri Şeyxülislam A. Paşazadə KAİCİİD Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Direktorlar Şurasının üzvüdür.

