Cəmiyyət 

Cəlilabadda canavarlar altı qoyunu parçalayıb, dördü xəsarət alıb

Cəlilabadda canavarlar şəxsi təsərrüfata hücum ediblər.

APA xəbərə verir ki, hadisə rayonun Moranlı kəndindində qeydə alınıb.

Nəticədə kənd sakini İxtiyar İsayevə məxsus altı baş xırdabuynuzlu heyvan tələf olub, dördünə isə xəsarət yetirilib.

Kənd sakinləri oxşar vəziyyətin nadir hallarda baş verdiyini bildiriblər.

Daha çox xəbərlər