Belarus şirkətləri Qarabağ və Şərqi Zəngəzurun bərpasında cəlb oluna bilər
Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri uğurla başa çatdı. Prezidentlər arasında aparılan görüş və danışıqlarda ölkələrimizin mehriban dostlar olduğu, əksər məsələlərdə rahat anlaşdığı ətrafında gedib, münasibətlərin dinamik inkişafı qeyd olunub.
Azərbaycan və Belarus arasındakı əlaqələr təkcə dövlət rəsmilərinin anlaşması, dostluq münasibətləri ilə yekunlaşmır. Hər iki dövlətin qarşılıqlı iqtisadi-ticari əməkdaşlığı müsbət plandadır və bu potensialı daha da artırmaq üçün lazımi tədbirlər görülməsi planlaşdırılır. Belarusla Azərbaycanın hərbi-sənaye kompleksində , kənd təsərrüfatında , nəqliyyatında səmərəli əməkdaşlıq etməsi üçün münbit şərait və təşəbbüslər var.
Bir çox başqa ölkələr kimi , Belarus şirkətləri də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında da fəal iştirak etməyə dəvət olunublar. Bu olduqca böyük layihədir.
Azərbaycan Prezidenti İlham Əliyev ilə Belarus lideri A.Lukaşenkonun görüşündə qeyd olunub ki, Belarusun çox yaxşı şəhərsalma, müasir texnologiyaları və aqroşəhərciklərin tikintisi təcrübəsi var. Prezident İlham Əliyev bildirib ki, birinci dərəcəli vəzifə keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaqdır. A.Lukaşenkonun sözlərinə görə, Qarabağ torpaqlarını dirçəltmək , hansısa yeniliklər etmək lazımdır. Torpaqlar qaytarılıb və onları indi dirçəltmək lazımdır. Bu, Azərbaycanın həll edəcəyi daha uzunömürlü ağır problem və vəzifədir. Biz sizə qardaş və çox dost ölkəyik. Mən hələ sovet dövründən İlham Heydər oğluna, bu gözəl insana böyük hörmət bəsləyirəm. Ona tez-tez deyirəm ki, təbiət nadir hallarda övlada atanın istedadını bəxş edir. Siz çox işlər görmüsünüz. Bu gün birbaşa dedim ki, siz cənnətdə yaşayırsınız. Sizin təbiətiniz cənnətdir. Torpaqlarınızı qaytarmağınız və onu dirçəltməyiniz əsrlər boyu yaddaşlarda qalacaq. əgər bu prosesdə bizə yer tapılarsa, onda biz bu yükün altına girməyə hazırıq. Biz bunu böyük məmnuniyyətlə və dünyada heç kimin edə bilməyəcəyi səviyyədə edəcəyik. Çünki Belarusun və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var. Azad edilən ərazilərdə, xüsusən aqrar torpaqlarda Belarus təcrübəsi üzrə aqroşəhərciklərvə bütün infrastrukturu yaratmağa, iş yerləri açmağa, komplekslər tikməyə, fermer təsərrüfatları yaratmağa hazırıq.
Belarus prezidenti A.Lukaşenko mətbuatda verdiyi bəyanatlarda Azərbaycanın son illər böyük nailiyyətlər əldə etdiyini , uzun müddət səhraya çevrilmiş torpaqlarını geri qaytardığını vurğulayaraq demişdir: Allaha şükürlər olsun ki, burada olduqca güclü, lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. A.Lukaşenko İ.Əliyevi “Qafqazın lideri” adlandırıb. Yalnız öz xalqına vurğun insan, bu xalqın firavanlığını istəyən insan bütün ölkədə bu cür quruculuq işləri apara, onun simasını bu cür dəyişə bilər. Azərbaycan Prezidenti İ.Əliyev çox demokratik, yüksək intellektual şəxsdir. Biz dost kimi bir-birimizə etibar edirik.
Belarus prezidenti A.Lukaşenko ötən səfərdən keçən dövrdə Bakıda çox böyük inkişaf proseslərinin şahidi olduğunu bildirərək dedi : ”Mən son 3 ildə olmadığım bu gözəl şəhərə daxil olarkən Bakının gözəlliyinə heyran oldum. Bütün bu inkişaf proseslərində, bütövlükdə Azərbaycanın qazandığı uğurlarda Prezident İlham Əliyevin böyük xidmətləri var. Bu sizin torpağınızın hər kilometrində , hətta hər metrində görünür. “
Belarus Prezidenti A.Lukaşenko Azərbaycan xalqına firavanlıq və xoşbəxt gələcək arzulayaraq dedi: “ Dünən axşam dəniz kənarında şən, mehriban gəncləri gördüm. Biz belaruslar sizin bütün uğurlarınıza sevinirik. Biz sizin uğurlarınızı həyəcanla gözləyirik və deyirik ki, siz güclü və xoşbəxt olsanız, biz də sizin etibarlı dostunuz kimi güclü və xoşbəxt olacağıq. Biz birlikdə addımlayacaq , hər sahədə sizi dəstəkləməkdə davam edəcəyik. “
Süsən Həsənova,
Ə.Əliyev adına 204 saylı orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi,
YAP Xətai rayon təşkilatının üzvü

