Cəmiyyət 

Saatlıq minimum əməkhaqqı neçə manatdan HESABLANACAQ? – VACİB AÇIQLAMA

Bildiyimiz kimi, Son verilən qərarlar vətəndaşlar arasında ciddi müzakirələrə səbəb olub. İyul ayından Azərbaycandasaatlıq minimum əməkhaqqına keçilməsi ilə bağlı qərar verilib. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə noyabrın 1-də aylıq minimum əməkhaqqının artırılması ilə bağlı təkliflərin hazırlanması ilə bağlı tapşırıq verib. Bəs aaatlıq minimum əməkhaqqı neçə manatdan olacaq?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan bank məsələləri üzrə ekspert, hüquqşünas Əkrəm Hsənov deyib ki, saatlıq minimum əməkhaqqı məsələsi hələki təklifdir. Bu o demək deyil ki, qərar qəbul olunub. Hələ ki, müzakirələr gedir. Minimum əməkhaqqının saatla yaxud aylıq hesablanmasının arasında ciddi bir fərq yoxdur:

“Bu gün əgər aylığı götürsək, hesablamalar təxmini 2 manata yaxındır. Bunu kim necə sayır onun fərqi yoxdur. Minimum əməkhaqqı 345 manatdır və ondan az maaş verilə bilməz. Ümumilikdə isə 40 saatlıq iş həftəsidir. Onu bölərək hesablayırlar. Bəzi aylarda bu çox çıxa, bəzi hallarda isə az çıxa bilər. Bu baxır ayda neçə iş günü var. Amma indi saat hesabı ilə olan əməkhaqqı yoxdur. Məsələn iyul və avqust ayları iş günləri baxımından uzun aylardır. Çünki bayramlar yoxdu. Bu halda 345 manat günlərə və saatlara bölünəcəksə az çıxacaq. Bəlkə də 1.90 manat olacaq. Amma mart ayını götürsək onun yarısı qeyri-iş günləridir. Belə olanda isə 2 manatdan çox çıxacaq. Bu baxımdan məsələ o qədər aktual deyil. Çünki indi saatlıq əməkhaqqı yoxdur və aylıq hesablanır. Bunun dəyişəcəyidə bəlli deyil və hələki müvafiq qərar verilməyib”.

Daha çox xəbərlər