Gündəm 

“İran bir müddət sonra xarici düşmən obrazı yaratmağa çalışacaq” – Politoloq

İran prezidenti İbrahim Rəisinin vəfatından sonra İranın daxili və xarici siayasətində dəyişikliklər gözlənilir.

Politoloq Turan Rzayev BiG.AZ-a bildirib ki, İran daxilində çəkişmələr arta bilər. Hadisənin regiona da təsirləri olacaq:

“İran prezidentinin ölümü regionda proseslərə təsirsiz ötüşməyəcək. Xüsusilə İran daxilində çəkişmələr arta bilər. Aydın məsələdir ki, onun üzləşdiyi hadisə qəzadır. Amma pərdəarxası məqamlara baxdıqda İran daxili qüvvələrin, xüsusən də SEPAH daxili qüvvələrin hesablaşması kimi də qiymətləndirmək olar. İranda bu tip hadisələr əvvəllər də baş verib.Bu, hakmiyyət daxili çəkişmələrin radikal formasıdır. Rəisi Xamneyinin varisi hesab olunurdu və onun varisi kimi görünməsindən narazı qüvvələr var idi. Bu həm Xamneyi ətrafındakı dini-teokratik camiada belə idi, həm də hərbi elita daxilində onu istəməyən şəxslər çox idi. Onun ölümünü pərdəarxası məqam kimi daxili çəkişmə kimi qiymətləndirmək olar. Təbii ki, hadisənin regiona da təsirləri olacaq. İran bir müddət sonra xarici düşmən obrazı yaratmağa çalışacaq. O ölkələr isə İsrail və ABŞ olacaq”.

Daha çox xəbərlər