Cəmiyyət 

Mayın 24-dən bağçalara elektron sənəd qəbulu sisteminə giriş məhdudlaşdırılacaq

Mayın 24-dən “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi”nə (bq.edu.az) giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Elm və Təhsil Nazirliyindən “İki sahil”ə verilən xəbərə görə, növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesinə 2024-cü ilin iyul ayından başlanılması planlaşdırılır.

Bununla bağlı geniş məlumat yaxın zamanda ictimaiyyətə təqdim ediləcək.

Daha çox xəbərlər