Cəmiyyət 

“Azərbaycan-Gürcüstan istiqamətində əlavə sərhəd keçid məntəqələrinin açılması dövrün tələbidir” – Nəqliyyat eksperti

Milli Məclisin deputatı Siyavuş Novruzov bildirib ki, Azərbaycanın Gürcüstanla sərhədində Rusiya ilə buraxılış məntəqəsinin ərazisində olduğu kimi avtomobil körpüləri yaradılmalıdır.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev BiG.AZ-a bildirib ki, Orta dəhliz nöqteyi nəzərdən baxanda Azərbaycan-Gürcüstan istiqamətində əlavə sərhəd keçid məntəqələrinin, yolların açılması dövrün tələbidir. Yevlax- Balakən dəmiryolumuz var, Balakənlə üzbəüz Gürcüstanda dəmiryolu varsa,əlaqələndirmək lazımdır:

“Bildiyimiz kimi Azərbaycan nəqliyyat huba çevrilir. Həm şimal-cənub, həm şərq-qərb dəhlizləri üzrə önəmli yerə sahibdir. Azərbaycanın önəmi artdığı kimi risklər də artır. Əgər yük axını artırsa, şaxələndirmə məsələsi gündəmə gəlir. Yəni bir yol yox, bir neçə yol olması şərtlənir. Müəyyən layihələr də müşahidə edirik. Orta dəhliz nöqteyi nəzərdən baxanda Azərbaycan-Gürcüstan istiqamətində əlavə sərhəd keçid məntəqələrinin, yolların açılması dövrün tələbidir. Yevlax- Balakən dəmiryolumuz var, Balakənlə üzbəüz Gürcüstanda dəmiryolu varsa,əlaqələndirmək lazımdır. Məsələn, hazırda Şərqi Zəngəzurda Xudafərin-Qubadlı-Laçın,Laçı-Kəlbəcər və Murov dağının altında Murovdağ tuneli tikilir. Göygöl- Gəncə yolu ilə Gəncəyə, Gəncədən Mingeçivir su anbarı yaxınlığında Poylu qəsəbəsinə yol var. Gürcüstandan qeyd olunan məntəqəyə kimi əlaqələndirmək gərəkdir. Oradan da keçid məntəqəsi açılsa, İran sərhədindən Azərbaycan- Gürcüstan sərhədinə yeni bir dəhliz rolunu oynayır. Eynilə Zaqatalada sərhəd keçid məntəqəsi olmama səbəbindən məcburi Balakən istiqamətinə keçid edirlərsə, burada da təşkilinə ehtiyac var. Həmçinin mövcud infrastruktur daxilində imkan varsa, o fürsəti dəyərləndirib əlavə keçid məntəqələrinin açılması dövrün tələbidir. Hər yeni yol yeni fürsət, əhali üçün çıxış imkanı, dolanışıq mənbəyidir”.

Daha çox xəbərlər