Cəmiyyət 

İmtahan həyəcanını necə azaldaq?

Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi May ayının 26-sı keçiriləcək. Abituriyentlərin böyük əksəriyyəti imtahandan əvvəl həyacan, qorxu, stress yaşayırlar. Bunun ən böyük səbəblərindən biri də ailələri tərəfindən basqı görmələridir.

Bəs abituriyentlər özlərini imtahana psixoloji olaraq necə hazırlanmalıdırlar?

Mövzu ilə bağlı BiG.AZ-A psixoloq Mələk Kərimova açıqlama verib.

O bildirib ki, bu ərəfələrdə valideynlər uşaqlarını sıxmamalıdır. Burada ən böyük vəzifə valideynin üzərinə düşür. Övladı üçün hər şeyin yaxşısını istəyən valideyn onun psixoloji sağlamlığını da nəzərə almalıdır. Belə olduğu halda imtahanda aşağı və ya yüksək nəticə əldə etməsinə baxmayaraq, abituriyentin özünə olan güvən və dəyəri zədələnməyəcəkƏgər uşaqlarda həddən çox həyacan olarsa, bu uğursuzluğa səbəb olacaq. Uşaqlarda əl tərləməsi, tez-tez danışma, stress həyacan varsa, bu zaman mütəxəssizə müraciət edilməlidir.

Bəs stressi necə azaltmaq olar?

“İmtahan başladıqda otaqdakı əşyaları saymaq, rəqəmlərdən istifadə etmək olar. Psixoloq həyəcanı ölçmək üçün testlərdən istifadə edərək müəyyən terapiyalara başlayır. Bunlar abituriyentlərə imtahanı müvəffəqiyyətlə başa vurmağa kömək olur.

İmtahana 3 gün qalmış dərs oxumaq, təmiz havada gəzmək və həzin musiqilərə qulaq asmağı məsləhətdir. Eyni zamanda, müəyyən saatlarda hər fəndən 3 test işləmək olar. Abituriyentlərə məsləhət görərdim ki, bu günlərdə gələcəyə dair planları barədə düşünsünlər. Özlərini gördükləri zirvəni xəyal etsinlər ki, bu motivasiya onlara imtahan həyəcanına qalib gəlməyə kömək olacaq”.

Daha çox xəbərlər