Burger niyə zərərlidir?
Müasir dövrdə burger bir çox insanın sevimli yeməyidir. Burgerin tərkibindəki ət, kahı, pendir və s. ayrılıqda faydalı olsa da, burgerin zərərli olmas insanlarda sual yaradır. Bəs burger niyə zərərlidir?
Qida eksperti Fərid Səfərov BiG.AZ-a bildirib ki, burgerlərə əlavə edilən monosodyum glutamat (MSG) və digər dadlandırıcılar sinir sisteminə təsir edərək yeməyin olduğundan daha ləzzətli qəbul edilməsinə, normal qidaları qəbul edərkən dadsızlığa və nəticədə uzun müddətdə asılılığa səbəb olur. Piylənmə, asılılıq, ürək-damar və mədə-bağırsaq problemləri, həzmin pozulması, immunitetin zəifləməsi və bir çox xəstəliklər yaranır:
“Müasir dövrdə sürətli həyat tərzi, vaxt azlığı və insanlarda yaranan tənbəllik həm də qida qəbuluna mənfi təsir göstərir.
Tez başa gələn, ayaqüstü yeməklər hamı tərəfindən sevilən qidalara çevrilib.
Burger və fast food qidalar sağlamlığımız üçün təhlükəlidir. Bunun bir neçə səbəbi var.
Burgerlərə əlavə edilən monosodyum glutamat (MSG) və digər dadlandırıcılar sinir sisteminə təsir edərək yeməyin olduğundan daha ləzzətli qəbul edilməsinə, normal qidaları qəbul edərkən dadsızlığa və nəticədə uzun müddətdə asılılığa səbəb olur.
Bundan əlavə, burger və fast food qidalarla yanaşı təklif edilən qızardılmış kartof və yüksək şəkərli içkilərlə də bilmədən çox yüksək porsiyalar və kalorilər qəbul etmiş oluruq.
Nəticədə piylənmə, asılılıq, ürək-damar və mədə-bağırsaq problemləri, həzmin pozulması, immunitetin zəifləməsi və bir çox xəstəliklər yaranır.
Bir sözlə pulumuz da gedir, canımız da!”

