Dünya Siyasət 

İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri, cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda dost Azərbaycan xalqına səmimi təbriklərimi çatdırıram.

Monqolustan ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətlərinin və əməkdaşlığın davamlı şəkildə genişlənməsindən məmnunluğumu bildirirəm.

Bu xoş fürsətdən istifadə edərək, bu il Bakının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi münasibətilə səmimi təbriklərimizi çatdırır və tədbirin uğurlu olmasını arzulayıram.

Zati-aliləri, Monqolustanın COP29-a töhfə verəcəyinə əmin ola bilərsiniz.

Cənab Prezident, sizə və ailənizə möhkəm cansağlığı, firavanlıq, dost Azərbaycan xalqına isə rifah diləyirəm”.

11:35

Mərakeşin Kralı VI Məhəmməd Azərbaycanın Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, təbrik məktubunda deyilir:

“Zati-aliləri, əziz Qardaşım.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə şəxsən öz adımdan və Mərakeş xalqı adından ən səmimi təbriklərimizi, möhkəm cansağlığı və xoşbəxtlik arzularımızı çatdırmaqdan böyük məmnunluq duyuram. Həmçinin Sizin müdrik rəhbərliyinizlə Azərbaycan xalqına daha böyük inkişaf və tərəqqi arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək bildirirəm ki, ölkələrimiz arasındakı sıx dostluq əlaqələri əsasında mövcud olan xüsusi münasibətlərimizə böyük dəyər verirəm. Əminəm ki, xalqlarımızın qarşılıqlı rifahı naminə ölkələrimiz arasında bütün sahələrdə əlaqələri genişləndirməkdə və şaxələndirməkdə Siz də mənim qədər maraqlısınız”.

Daha çox xəbərlər