Cəmiyyət 

Qazaxda güclü yağışlardan sonra çay daşıb: Torpaq sahələri və kafelər suyun altında qalıb

Qazaxda son günlər yağan yağışlardan sonra çay daşıb.

APA xəbər verir ki, Xram çayının daşması nəticəsində rayonun İkinci Şıxlı kəndində bir neçə kafe, torpaq sahələri suyun altında qalıb.

Bundan başqa, Qazax şəhərinin mərkəzi hissəsindən keçən Ağstafa çayın daşması nəticəsində mal bazarını su basıb. Hazırda təbii fəlakətin vurduğu ziyanın həcmi hesablanır.

Bölgədə isə qeyri-sabit, yağıntılı hava şəraiti davam edir.

 

 

Daha çox xəbərlər