Cəmiyyət 

İtkin düşən 83 yaşlı qadın tapılıb

İtkin düşmüş kimi axtarışda olan şəxslər tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə verilən xəbərə görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə mayın 5-də Sabirabad rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan1941-ci il təvəllüdlü qadın, mayın 23-də paytaxtın Səbail rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 2010-cu il təvəllüdlü qız, mayın 23-də Mingəçevir şəhərində azyaşlı övladı ilə birgə itkin düşmüş kimi axtarışda olan 2002-ci il təvəllüdlü qadın və mayın 25-də Masallı rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 2005-ci il təvəllüdlü qız tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

Daha çox xəbərlər