Gündəm 

Milli İstiqlalımızın şərəfli səhifəsi-28 May

Bu günmüsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 106 il ötür. Artıq 3 ildir ki, işğaldan azad olunan Qarabaq torpağında da müstəqillik günü böyük təntənə ilə qeyd olunur.

1917-ci il Rusiya inqilabı nəticəsində çar imperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı.1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti– müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət quruldu. Əsası Məhəmməd Əmin Rəsulzadə tərəfindən  qoyulan Azərbaycan Xalq Cümhuriyyəti Türk və İslam dünyasında ilk parlamentli respublika, hüquqi və dünyəvi dövlət nümunəsi idi. Milli Şura 10 gün Tiflisdə fəaliyyət göstərəndən sonra Gəncəyə köçürüldü. 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə Bakı daşnak-rus qüvvələrdən təmizləndi və milli hökumət Gəncədən Bakıya köçürüldü.Müstəqillik əldə edəndən sonra Azərbaycan Cümhuriyyəti qısa zaman ərzində böyük nailiyyətlər və qalibiyyətlər əldə etdi.Dünyada ilk dəfə qadınlara seçki hüququ verildi, qadın-kişi bərabərliyi təmin olundu, milli ordu quruldu, milli bank yaradılaraq pul vahididövriyyəyə buraxıldı, azad seçki üsuli-idarəsi yaradldı, beynəlxalq əlaqələr quruldu dövlətlərin Azərbaycanın istiqlalını tanınmasına nail oludu, Azərbaycanın ərazi bütövlüyü qəbul edildi, iqtisadi islahatlar həyata keçirildi.

Demokratik Respublikanı rəsmi surətdə ilk dəfə Osmanlı dövləti 4 iyun 1918-ci ildə tanımış oldu.

1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Azərbaycan Demokratik Respublikasının üç rəngli bayrağı qəbul edildi.

Azərbaycan Demokratik Respublikası mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay yaşaya bildi.

Təəssüf ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan işğalçı bolşeviklərin işğalı nəticəsində devrildi. Sovet Rusiyası Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq istiqlal ideyası yenilmədi. 1991-ci ildə Sovet imperiyasının süqutu ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.

Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında Müstəqillik Günü adlandırılmasına qərar verilib. Elə həmin gün  Prezidenti İlham Əliyev “Müstəqillik Günü haqqında qanun”u təsdiqləyib. Qanunun təsdiqlənməsi ilə “28 May – Respublika Günü”nün adı dəyişdirilərək “28 May – Müstəqillik Günü” adlandırılıb.

Xalqımız artıq 3-cü ildir ki, 28 May – Müstəqillik Gününü qalib xalq kimi böyük təntənə ilə qeyd edir.

Üçrəngli bayraq doğma Qarabağda – Şuşada, Ağdamda, Zəngilanda Xankəndində qürurla dalğalanır.

Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri məhz siyasi-iqtisadi müstəqilliyin nəticəsi, dövlətin gücünün göstəricisidir.

«AranMedia» GROUP olaraq xalqımızı Müstəqillik Günü münasibətilə təbrik edir, ümid edirik ki, Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  həyata keçirilən hərtərəfli düşünülmüş müdrik siyasət, qazanılmış uğurlar sayəsində xalqımızdaha böyük zirvələr fəth edəcəkdir.

Müstəqillik Günün mübarək Azərbaycan!

 

Şeyda Əzizqızı

AranMedia GROUP-un rəhbəri

 

Daha çox xəbərlər