Dünya 

Erməni general: “Azərbaycanla sərhəd istiqamətində hərbçilərimiz də var”

“Tavuşda (Bağanıs-Berkaber ərazisində) erməni sərhədçilər birbaşa Ermənistan-Azərbaycan sərhədində xidmət edirlər, amma həmin istiqamətdə silahlı qüvvələrin müntəzəm bölmələri də yerləşir”.

Bunu Ermənistan ordusunun Baş Qərargah rəisi general-leytenant Edvard Asryan jurnalistlərə bildirib.

Qeyd edək ki, delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib və bununla Azərbaycan Respublikasının Qazax rayonunun dörd kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 kv.km) Azərbaycana qaytarılması təmin edilib.

Mayın 24-də Azərbaycan Respublikasının Qazax rayonunun Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndlərinin əraziləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən nəzarətə götürülüb.

Bundan öncə, aprelin 19-da Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrm, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarmağa başlayıb.

Mənbə: Sputnik Ermənistan

Daha çox xəbərlər