Cəmiyyət 

Gəncə Şəhər Prokurorluğunda “Açıq qapı günü” keçirilir

Gəncə Şəhər Prokurorluğunda “Açıq qapı günü” təşkil olunub.

ARANTV.AZ xəbər verir ki, “Açıq qapı günü” tədbirində iştirak edənlər Gəncə şəhər Prokurorluğunun binasında yaradılan şəraitlə də tanış olublar.

Qeyd edək ki, tədbir başa çatdıqdan sonra Gəncə şəhər Heydər Əliyev Mərkəzində Gəncə Şəhər Prokurorluğu tərəfindən “Ekoloji hüquqpozmalar: maarifləndirmə və qanunvericiliklə nizamlanma” adlı işgüzar konfrans da keçiriləcək.

Azərbaycan Respublikasının Baş Prokurorluğunun təşəbbüsü ilə keçirilən konfransda 15 regionun prokuroru və hüquq-mühafizə orqanlarının əməkdaşları, digər dövlət qurumlarının, habelə təhsil müəssisələrinin məsul şəxsləri iştirak edəcək.

Daha çox xəbərlər