Dünya 

Ərdoğan: “Azərbaycan və Ermənistan arasında sülh pəncərəsi imkanı əldən buraxılmamalıdır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Ermənistan arasında sülh sazişi imkanı ilə bağlı danışıb.

Ərdoğan bu barədə İzmirdə keçirilən “Efes-2024” hərbi təlimində Yüksəksəviyyəli Müşahidəçi Günündə çıxışı zamanı fikrini bildirib.

“Qonşumuz İraq da münaqişələrdən yorğun düşüb. Biz bütün imkanlarımızla yanında olacağıq. Əfqanıstandan Somali və Sudana qədər sülh və əmin-amanlığın hökm sürməsi üçün işlərimizi davam etdiririk. Bu ölkələrin təhlükəsizliyini öz ölkəmizin təhlükəsizliyindən ayırmırıq. Azərbaycan və Ermənistan arasında sülh pəncərəsi imkanı əldən buraxılmamalıdır”, – deyə o, çıxışında qeyd edib.

Mənbə: CNN Türk

Daha çox xəbərlər