Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Azərbaycan silah ixracatçısına çevrilmək yolunda

By Vüsal Rafiqoğlu
31.05.2024 4 Min Read

Ölkəmizin son vaxtlar dünyanın aparıcı silah istehsalçıları ilə qurduğu sıx əlaqələr öz bəhrəsini verir

Qeyri-neft sektorunun inkişafını prioritet seçən Azərbaycan hazırda bir çox sənaye məhsulları ilə yanaşı, milli silahın istehsalında da uğurlara imza atmaqdadır.

Bu proses təkcə iqtisadiyyatın yüksəldilməsi və ixrac potensialının artırılmasına deyil, həm də ölkənin təhlükəsizliyinin qorunmasına, milli və strateji maraqların təminatına xidmət edir. Son hədəf isə Silahlı Qüvvələrin ehtiyaclarını daxili imkanlar hesabına qarşılamaq, o cümlədən xarici ölkələrə hərbi təyinatlı məhsulları ixrac etməkdir.

Prezident İlham Əliyev də Azərbaycanın artıq yüz milyonlarla dollar dəyərində hərbi təyinatlı məhsulların ixracatçısı ola biləcəyini qeyd edib. Dövlət başçısı Azərbaycanda yerli hərbi sənayenin yeni dövrünün başladığını və bunun ixracyönümlü sənaye olduğunu vurğulayaraq bazarı doldurmalı olduğumuzu bildirib. İlham Əliyev atılacaq bu addımın ölkəmizin geosiyasi imkanlarını daha da genişləndirəcəyini söyləyib.

Bu yaxınlarda Azərbaycanda səfərdə olan Slovakiyanın baş naziri deyib ki, iki ölkə arasında müdafiə sənayesində əməkdaşlığa razılaşıblar. Onun sözlərinə görə, yaradılacaq birgə silah müəssisəsində texnologiya Slovakiyadan, maliyyə isə Azərbaycandan olacaq.

Azərbaycanın son vaxtlar dünyanın aparıcı silah istehsalçıları ilə qurduğu sıx əlaqələr öz bəhrəsini verməkdədir. Hərbi təyinatlı məhsullarımızı bazara çıxararaq silah ixrac etdiyimiz ölkələrin sayını artıra bilərik. Bu gün Azərbaycan MDB məkanında, Avropa və Asiyada bir sıra dövlətlərlə hərbi texnika ilə bağlı müəyyən addımlar atır, mühüm müqavilələr imzalayır. Bəziləri də gələcəkdə imzalanacaq. Azərbaycan artıq silah ixrac edilən dövlətdən ixrac edən dövlətə çevrilməkdədir.

Bugünlərdə Azərbaycan istehsalı olan 10 ədəd “Revival P” markalı yeni minatəmizləmə maşınları Qarabağda əməliyyatlara cəlb olunub. Azərbaycan qarşıdakı dövrlərdə həm minatəmizləmə, həm də hərbi sənayenin digər sahələrində yeni texnikalar ixrac edən ölkəyə çevriləcək. Yəni biz sadəcə hərbi texnika istehsal edən dövlət deyil, həm də onun ixracını genişləndirən ölkə olacağıq.  Hərbi sənaye ixracının artması ölkəmizə valyuta axınını da genişləndirəcək.

Əli Orucov: "Müxalifət düşərgəsində siyasi liderlər yetişə bilmir"

 Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov Azərbaycanın bu sahədə çox uğurlu siyasət yürütdüyünü söylədi: “Xüsusən də hərbi-sənaye kompleksinin qurulması, istehsal edilən məhsulların dünya bazarına çıxarılması, böyük zəhmət və təşəbbüskarlıq tələb edir. Silah satışı dünyada ən gəlirli ticarət sayılır və hər ölkənin də bu bazara girməsi çox çətindir. Açıqlanan beynəlxalq statistikaya görə, hər il 500 milyard dollara yaxın silah alış-verişi olur. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun açıqladığı məlumatlara istinadən bildirir ki, dünya üzrə qeydə alınan ümumi silah ixracının 76,4%-i 5 dövlətin-ABŞ (40%), Rusiya (16%), Fransa (11%), Çin (5,2%) və Almaniyanın (4,2%) payına düşüb. Rəqəmlərdən də göründüyü kimi, bu sahə də supergüclərin inhisarındadır. Lakin Türkiyə təcrübəsi sübut etdi ki, əgər qarşıya ciddi məqsədlər qoyulsa və tətbiq olunan maliyyə, texnologiya, innovasiyalar və intellektual baza səmərəli istifadə edilsə, uğur qazanmaq mümkündür. Türkiyə əsasən də uzaqdan idarə olunan, insansız PUA-ların istehsalı sahəsində ilk beşliyə yüksələ bildi. Azərbaycanın da bu sahədə böyük potensialı var. Azərbaycan Türkiyə və İsrail ilə PUA-ların, həmçinin digər döyüş avadanlıqları və texnikalarının birgə istehsal olunması üçün uğurlu əməkdaşlıq edir. Azərbaycanın Müdafiə Sənayesinin məhsulu olan “İstiqlal” snayper tüfəngi dünya silah tacirlərinin diqqətini özünə çəkib. Bu silah ən müasir standartlara cavab verir və rəqabət qabiliyyətlidir. “Zəfər” tapançası hazırda silahlı qüvvələrimizin istifadəsindədir və çox effektlidir. Yeni silah ixtirası ilə yanaşı uzun müddət ordumuzun istifadədə olan döyüş texnikasının təmiri, yeni avadanlıqlarla quraşdırılması da öz gücümüzə həyata keçirilir. Bütün bunların hamısı uzun illərin zəhməti hesabına başa gəlib. Bugünlərdə Azərbaycanın istehsalı olan 10 ədəd “Revival P” markalı yeni minatəmizləmə maşınlarının işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işlərinə cəlb edilməsi və həmin texnikanın yüksək göstəriciləri təbii ki, xarici silah tacirlərinin də diqqətindən yayınmayacaq. Hesab edirəm ki, bu sahədə mütəxəssislərin hazırlanması, onların təcrübəsinin və potensialının səmərəli istifadəsi çox vacibdir.

Azərbaycanın silah idxalçısından ixracatçısına çevrilməsinin ilkin nümunələri ümid verir ki, dünyanın ən gəlirli sahəsi olan hərbi-sənaye kompleksinin istehsal etdiyi məhsulları ilə öz yerini ala biləcək”.

Jurnalist Səxavət Məmməd həbs edildi — FOTOLAR

Səxavət Məmməd 

Hərbi ekspert Səxavət Məmməd bildirdi ki, hazırda bütün dünya ölkələri ciddi silahlanmaya gedir. Artıq silahlanmaya ayrılan pullar bir trilyon yarım dolları keçib: “Bu onu deməyə əsas verir ki, hansı ölkələr silah sənayesini inkişaf etdirirsə, o ölkələr qazanclı çıxacaqlar. Azərbaycanın da müdafiə sənayesinin inkişafı üçün Türkiyə, İsraillə sıx əməkdaşlıq etdiyini görürük. Ancaq bu sahədə görünməyən ölkələr də var. Onlardan Rusiya və İranı da misal çəkə bilərik. Azərbaycan hazırda müharibə aparan Rusiya və Ukraynaya silah satmır, hətta adı gedən ölkələrə, dost ölkələrə də silah satmır. Yəni üçüncü ölkə vasitəsilə belə Rusiya və Ukraynaya silah satışı yoxdur. Ancaq müdafiə qabiliyyətini inkişaf etdirən bir çox ölkələrə silah satışını həyata keçirir. Xüsusilə Azərbaycanın istehsal etdiyi atıcı silahlar silah bazarında ciddi alıcı kütləsinə malikdir. Yeri gəlmişkən, Azərbaycanın istehsal etdiyi atıcı silahlar keyfiyyət baxımından hətta Türkiyəni belə geridə qoyur. Bundan əlavə, minatəmizləmə sahəsində də Azərbaycan ciddi addımlar ata bilər. İran-İraq müharibəsindən sonra minaların təmizlənməsi sahəsində İran ciddi addımlar atdı. Vəziyyət elə bir həddə çatdı ki, bu sahədə İran şirkətləri dünyanın ən yaxşılarından hesab olunur. Hazırda İranda 50-yə yaxın minatəmizləmə şirkəti mövcuddur. Təbii ki, bu sahədə çalışmaq texnologiyaları da inkişaf etdirə bilir və Azərbaycan bu sahədə də istehsal həyata keçirə bilər. Dünyada silahlarla yanaşı mərmilərin istehsalı vacibdir. Ukrayna tərəfinin açıq şəkildə mərmi qıtlığı yaşadığının, hətta Qərb ölkələri şirkətlərinin mərmi istehsalını çatdıra bilməməsinin də şahidi oluruq. Ona görə də bir çox ölkələr, xüsusilə 155 mm mərmilərin istehsalı üçün müəssisələr qurur. Azərbaycan da mərmi istehsalını həyata keçirmək üçün addımlar ata bilər. Azərbaycanın Rusiyadan xammal almaq imkanları genişdir. Bundan əlavə, mərmi istehsalında ən önəmli şeylərdən biri pambıqdır ki, onun da alışını rahatlıqla qonşu ölkələrdən ala bilər. Azərbaycanın müdafiə sənayesini inkişaf etdirmək üçün ciddi potensialı var. Sadəcə olaraq, bunun üçün ayrılan pulların düzgün istiqamətə yönləndirilməsi və peşəkar kadrların önə çəkilməsini həyata keçirmək lazımdır”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Naxçıvanda yeni həbslər anonsu

Next

“İrəvanı Bakıdakı dustaq qarışdırır” – ŞOK İDDİA

Xəbər lenti

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Son Yazılar

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv