Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Milli Məclisdə anti-Azərbaycan qüvvələrə kəskin etiraz

By Vüsal Rafiqoğlu
01.06.2024 6 Min Read

Rusiyaya nota vermək təklifi; Qüdrət Həsənquliyev: “Bəzi Qərb dairələrinin əlində oyuncağa çevrilmiş insanlar…”

Mayın 31-də Milli Məclisin yaz sessiyasının son iclası keçirildi. Spiker Sahibə Qafarova giriş nitqində sədrin rəhbərlik etdiyi nümayəndə heyətinin son xarici səfəri barədə deputatları məlumatlandırdı. Daha sonra gündəliyin müzakirəsinə keçildi.

İlk olaraq hökumət üzvlərinin iştirakı ilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda müzakirəyə çıxarıldı.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili layihə barədə çıxış edərkən 2023-cü ilin dövlət büdcəsinin tam və çevik icrası isə bu tarixi anlara iqtisadiyyatımızın verə biləcəyi ən böyük töhfə olub: “Azərbaycanda orta illik inflyasiya isə 10.4%-lik proqnoza qarşı 8.8% təşkil edib. İnflyasiyaya səbəb olan amillərdən biri olan idxal olunan məhsulların ilin sonuna olan qiyməti 2022-ci ilin sonuna olan qiymətlərlə müqayisədə 15.8% artıb. Təhlillər göstərib ki, Azərbaycanda orta illik inflyasiya xarici və daxili amillərin, o cümlədən həyata keçirilən antiinflyasiya siyasətinin təsirindən azalıb”.

T.Mirkişili dedi ki, 2023-cü ildə müxtəlif markalar üzrə 1 barel neftin orta qiyməti 80,9 ABŞ dolları olmuş, əvvəlki ilə nisbətən 16,8 ABŞ dolları ucuzlaşıb. Dünya Bankının hesablamarına görə Neftin qiymətinin 10% artması, bir il ərzində qlobal inflyasiyanı 0,35 faiz bəndi artırır:  “Qeyd edim ki, Azərbaycanda 2023-cü ilin büdcə zərfində neftin bir barelinin qiyməti 60 dollardan götürülsə də, neftinin bir barelinin orta illik qiyməti keçən il 86.1 dollar idi. Hesabat ilində dünya üzrə büdcə kəsirinin ÜDM-ə nisbəti 5,5%-ə bərabər olub. Müqayisə üçün qeyd edim ki, ölkəmizdə Dövlət büdcəsinin kəsiri 2023-cü ilin faktiki ÜDM-nin 1,0 faizini təşkil etməklə, proqnozlaşdırılmış həddən 1,5 faiz azdır. Dünya üzrə dövlət borcunun ÜDM-ə nisbətində artım müşahidə olunmuş, 2023-ci ildə də bu göstərici 93.2%, neft ixrac edən ölkələrdə isə 50.8% olmuşdur. Müqayisə üçün qeyd edim ki, Azərbaycanın cari ilin əvvəlinə olan dövlət borcu 26 850.4 milyon manat təşkil etmişdir ki, bu da 2023-cü ildəki ÜDM-ə nisbəti 21.8%-ə bərabər idi”.

Komitə sədri qeyd etdi ki, qlobal geosiyasi çağırışlara rəğmən, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatların nəticəsi olaraq 2023-cü ildə Azərbaycanda makroiqtisadi sabitlik təmin edilmiş, hökumət və Mərkəzi Bank tərəfindən atılan addımlar inflyasiyanın birrəqəmli səviyyəyə enməsini şərtləndirib: “Yeni reallıqlar müstəvisində 2023-cü il ərzində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft/qaz məhsullarının ixracının genişləndirilməsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib. 2023-cü ildə ölkəmizdə ümumi daxili məhsul (ÜDM) real ifadədə 1,1 faiz artmış və nominal olaraq 111,6 milyard manat proqnoza qarşı 123,0 milyard manat təşkil edib. Qeyri-neft/qaz sektorunda 3,7 faizlik artım, neft-qaz sektorunda isə əsasən neft hasilatının azalması ilə bağlı 1,7 faiz azalma qeydə alınıb. 2023-cü ildə əsas kapitala yönəldilən vəsaitin məbləği əvvəlki ilə nisbətən 9,8 faiz artaraq 20,3 milyard manat təşkil edib. Bu investisiyaların 80,9 faizi daxili mənbələr hesabına formalaşıb, 6,3 milyard manatı (30,9 faiz) neft, 14,0 milyard manatı isə (69,1 faiz) qeyri-neft sektoruna yönəldilib. Hesabat ilində qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmində 9,3 faiz artım qeydə alınıb. Təqdim edilmiş məlumatlara görə 2023-cü il ərzində ölkə əhalisinin gəlirləri əvvəlki illə nisbətən nominal ifadədə 12,8 faiz artaraq 78,1 milyard manat təşkil etmiş, hər nəfərə düşən illik gəlir orta hesabla 7687manata çatıb”. Komitə sədri bildirdi ki, 2023-cü ildə ixracımız 27.6 milyard dollar təşkil etməklə 17.3 milyard dollarlıq idxalımızı 10.3 milyard dollar üstələyib: “Qeyri neft-qaz məhsullarının ixracı real ifadədə 3,9 faiz artaraq 3348,0 milyon dollara bərabər olub. Əvvəlki illərdən fərqli olaraq, idxalın artımında dövlətin rolu azalmış, fiziki şəxslərin rolu isə artıb. Fikrimizcə, Fiziki şəxslərin idxalının artması ölkədə yerli istehsalın və rəqabət mühitinin gücləndirilməsi ilə bağlı tədbirlərin daha gücləndirilməsini zəruri edir”.

T.Mirkişili bildirdi ki, 2023-cü ilin sonuna olan məlumata əsasən, ölkənin məcmu valyuta ehtiyatları 17,1 faiz artaraq 68,5 milyard dolları ötüb: “Bu göstərici ÜDM-in 94,7 faizinə bərabər olmaqla, xarici dövlət borcunu təqribən 10,6 dəfə üstələmiş, 34 aylıq mal və xidmət idxalına bərabər olub. Təqdim edimiş məlumatlara əsaslanaraq demək olar ki, büdcə qaydasının əsas göstəriciləri hədəflənən yuxarı hədləri aşmayıb. İcmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi 22,5faiz və yaxud hədəf göstəricidən 2,5 faiz bənd az, dövlət borcunun ÜDM-ə nisbəti isə 21,8 faiz və yaxud hədəf göstəricidən 8,2 faiz bənd az olub. Beləliklə, göründüyü kimi, 2023-ci il ərzində həm daxili, həm də beynəlxalq iqtisadi-siyasi konyuktur Azərbaycan üçün əsasən əlverişli olmuş, İcmal büdcənin effektiv icrası üçün lazımi şərait formalaşdırıb”.

Komitə sədri bildirdi ki, 2023-ci ildə dövlət büdcəsinin gəlirləri 33 890,5 milyon manat proqnoza qarşı 35 236,4 milyon manat təşkil edib: “Gəlirlər proqnozla müqayisədə 1 345.9 milyon manat və ya 4,0 faiz çox icra olunub. Dövlət büdcəsinin gəlirlərinin ÜDM-də xüsusi çəkisi 28,6 faiz təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 5,7 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin 45,8 faizi vergi orqanlarının xətti ilə, 18,0 faizi gömrük orqanlarının xətti ilə, 33,3 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 2,9 faizi isə digər gəlirlər üzrə daxilolmaların payına düşür. Dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmalar 17 080.0 milyon manat təşkil etmişdir ki, bu da proqnozdan 1 129.2 milyon və ya 7.1% çoxdur. Qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin artması onun dövlət büdcəsinin ümumi gəlirlərində xüsusi çəkisini nəzərdə tutulmuş 47.5%-dən 48.5%-dək artıb”.

Tahir Mirkişili qeyd etdi ki, Azərbaycanın 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 35 milyard 574,8 milyon manat (2022-ci illə müqayisədə artım 16 %), gəlirlər üzrə plan 105 % icra olunub. 2023-cü ildə dövlət büdcəsinin xərcləri 36 milyard 458,5 milyon manat (artım 13,7 %) təşkil edib, proqnoz 99,5 % icra olunub. 2023-cü il dövlət büdcəsinin kəsiri 883,7 milyon manat və ya ÜDM-in 0,7 %-ni təşkil edib.

Sabir Rüstəmxanlı büdcə müzakirələrinin indiki şəkildə aparılmasını düzgün saymayaraq bildirdi ki, yeni qaydalara zərurət var. Onun sözlərinə görə, belə çıxır hökumət parlamentə, parlament də hökumətə hesabat verir, həmçinin Hesablama Palatası təqribən eyni məzmunlu məruzəni təqdim edir.

Mədəniyyət komitəsinin sədri Fazil Mustafa mədəniyyət sahəsinə ayrılan vəsaitlə bağlı danışdı. Bildirdi ki, bu sahə üçün ayrılan 198 milyon manatlıq vəsait az hesab olunmalıdır.

Qüdrət Həsənquliyev söz alaraq bildirdi ki, Moskvada “Lazerev klubu” adı altında erməni-rus millətçiləri tərəfindən beynəlxalq konfrans təşkil edilib və həmin konfransda dumanın komitə sədrinin müavini, hakim partiyanın üzvü Zatulin 2022-ci ildə Azərbaycanla Rusiya arasında imzalanmış Moskva Bəyannaməsinə tam zidd olaraq Azərbaycanın ərazi bütövlüyünü, dövlət suverenliyini şübhə altına alan, separatizmi və revanşizmi qızışdıran bəyanatla çıxış edib: “Təklif edirəm, Xarici İşlər Nazirliyi Rusiyaya nota versin, bu cür məsuliyyətsiz və Rusiya-Azərbaycan münasibətlərinə ziyan vuran elementlərin təxribatçı fəaliyyətinə son qoyulmasını tələb etsin”.

Deputat ardınca digər məsələlərdən də bəhs etdi: “Bu da hökumətin birbaşa fəaliyyəti ilə bağlı məsələdir. 2-3 gün bundan öncə türkiyəli millət vəkili Ömər Faruk Gergerlioğlu çıxış edərək bəyan edib ki, Azərbaycan polisi Türkiyə vətəndaşlarının hüquqlarını Azərbaycanda pozur və Azərbaycan yetkililəri buna cavab verməlidirlər. Araşdırma aparmadan, bir nəfərin şikayəti əsasında belə ciddi ittihamla çıxış etmək bizim qardaşlıq münasibətlərinə sığmır. Qanunçuluğun keşiyində dayanan polisin imici dövlətin imicidir. Hazırda Azərbaycana qarşı düşmənçilik edən bəzi Qərb dairələrinin əlində oyuncağa çevrilmiş insanlar bundan istifadə edib, sosial şəbəkələrdə ölkəmizin əleyhinə böyük bir kampaniya başladıblar. Bu cür çıxışlarla polisin, dövlətin beynəlxalq imicini korlamaqla ölkəyə investisiya qoyuluşunun qarşısını alırlar. Daxili işlər naziri azsaylı nazirlərdəndir ki, deputatların müraciətlərini şəxsi nəzarətə götürür və şəxsən cavab verir. Ömər Faruk maraqlansaydı və xoşniyyətli olsaydı, əsil həqiqəti üzə çıxara bilərdi. Çox təəssüf ki, o da Azərbaycana qarşı belə bir çirkin kampaniyaya qoşulub. Türkiyədə azərbaycanlıların hüquqları pozulmur? Naxçıvandan bir tikə çörək dalınca Türkiyəyə pənah aparmış vətəndaşlarımızın qul kimi istismar olunmasına dair faktlar var. Xəstəxanalarda, ictimai iaşə obyektlərində, təhsildə vətəndaşlarımız ağlasığmaz dərəcədə aldadılır. Hesab edirəm ki, Milli Məclisin rəhbərliyi Türkiyə Böyük Millət Məclisinin rəhbərliyi ilə əlaqə saxlamalı, belə fəaliyyətin pislənməsinə nail olmalıyıq”.

Müzakirələrdən sonra büdcə sənədi ilə bağlı layihə ilk oxunuşda qəbul edildi. Digər məsələlərin də müzakirəsi və təsdiqindən sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirdi ki, bununla da yaz sessiyası yekunlaşır. Ancaq deputatların müraciəti əsasında növbədənkənar sessiyanın çağırılması qərara alınıb. Spiker dedi ki, Milli Məclisin yaz sessiyası dövründə 13 iclas keçirilib, 61 qanun qəbul edilib. Həmin müddətdə iki yeni qanun qəbul edilib, 50 qanuna dəyişiklik edilib, 9 beynəlxalq müqavilə təsdiqlənib. Parlamentin 2024-cü il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən bəzi qanun layihələri Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılmayıb. Bunlar “Hərbi qulluqçuların statusu haqqında” və “Ali təhsil haqqında” qanun layihələridir.

Spikerin çıxışından sonra himn oxundu və sessiya yekunlaşdı.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Xankəndidə konsulluq müzakirələrində ilginc detal – “Sülhməramlılardan sonra… “

Next

Məktəblərdə cinsi tərbiyə dərsi – ekspertlər buna qarşıdır

Xəbər lenti

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Son Yazılar

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv