Cəmiyyət 

Hər ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği 5,1 faiz artıb

Bu ilin mayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği 5,1 faiz artıb.

Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Beləliklə, ötən ilin mayında orta hesabla bir ailəyə ödənilən ünvanlı dövlət sosial yardımının məbləği 453,1 manat idisə, bu ilin müvafiq dövründə həmin məbləğ artaraq 476,1 manat təşkil edib.

Daha çox xəbərlər