Cəmiyyət 

Pulumuzu necə saxlayaq: BANK YOXSA QIZIL? – AÇIQLAMA

Azərbaycanda vıtındaşar öz pullarını saxlamaq və investisiya qoymaq üçün müxtəlif üsüllardan istifadə edirlər. Bunlara vəsaitin qoyulması, pulun qızıla və dollara çevrilməsidir. Umumi nəzər yetirsək bankların bağlanması və qoyulan vəsaitlərin ilə əlaqədar vətəndaşlar bu sahəyə olan inam azalıb. Bu il ərzində isə qızıl bazarında qiymət dəyişikləri baş verdi. Əsasən qızılın qiyməti qalxsa da, satıcılar bildirilib ki, qızılın qiymətində müəyyən qədər enmələr müşahidə olundu. O cümlədən, indiki məqamda qızıla investisiya qoymaq mütəxəssislər tərəfindən məsləhətli görünmür. Bəs belə olan halda pulumuzu saxlamaq üçün ən etibarlı seçim hansıdır?

Mövzu ilə bağlı Sonxeber.az-a danışan iqtisadçı ekspert Eyyub Kərimli deyib ki, Ümumiyyətlə vəsaitləri investisiya etmək üçün müxtəlif yollar var. O, bildirib ki, bizim ölkəmizdə bu yollar daha məhduddur:

” Biz də insanlar bir neçə investisiya üsullar tanıyırlar. Buna bank depoziti, daşınmaz əmlakın əldə edilməsi və qızıl-zinət əşyalarının əldə edilməsidir. Bu baxımdan biz xarici təcrübəyə nəzər yetirsək, daha çox insanlar müxtəlif investisiya alətlərindən istifadə edirlər. Bura qiymətli kağızlar, kriptovalyutalar, müxtəlif səhmlər və digər başqa alətlərdən istifadə edərək gəlir əldə edirlər. Bu baxımdan hesab edirəm ki, biz də insanlar öz investisiyalarını müəyyən mənada məhdudlaşdırmamalıdır. Müxtəlif investisiya portfellərindən istifadə etməlidirlər”.

Ekspertin sözlərinə görə, vətəndaşlar xarici valyutalara, daşınmaz əmlaka, qiymətli əşyalara və beynəlxalq xarici birjalarda fəaliyyət göstərən müxtəlif alətlərə öz investisiyalarını qoya bilərlər:

“Bu gün qeyd olunduğu kimi, çox sabit investisiya alətləri var. Qızıl və zinət əşyalarının həmişə dəyəri olur. Amma düşünürəm ki, bunlar arasında olan bank depozitləri ən aşağı gəliri olan investisiyadır. Bu gün vətəndaşlar arasında banklara olan inam sarsılıb. Bəzi banklar bağlandığından və depozitləri çox yüksək faiz ilə vermir. Hətta bəzi sabit banklarımız depozitləri aşağı faizlə təklif edirlər. Bu baxımdan ən sığortalanmış üsul insanların öz vəsaitlərinin, investisiya portfellərinin müxtəlif olmasıdır. Bir neçə istiqamətdə öz vəsaitlərini vətəndaşlar investisiya edə bilərlər”.

Daha çox xəbərlər