Öncə viza yoxsa bilet alınmalıdır?
Yay mövsümünün gəlməsinə görə maddi imkanları və səyahətə marağı olan şəxslər dünya ölkələrinə səyahət edəcəklər. Bəs bileti vizadan öncə yoxsa sonra almaq məsləhətlidir? Viza alarkən bilet tələb olunsa da, viza verilməyən şəxslər öncədən bilet aldıqlarına görə pul uduzmuş sayılırlar.
Turizm eksperti Ceyhun Aşurov BiG.AZ-a bildirib ki, bileti bir neçə günlük bron etmək olur. Turizm agentliklərindən bileti alırlar ki, sonra dəyişmək imkanı olsun. Burada da məqsəd viza alınmadığı təqdirdə çox da zərərin olmaması üçündür:
“Bəzən vizanı vermək üçün mütləq bilet tələb olunur. Gedişatınızı təsdiqləyən sənədlər arasında biletin və otelin bron olunması ilə bağlı məlumatı səfirlik istəyir və onun əsasında araşdırma edir, viza verir. Amma bu o demək deyil ki, bilet alıb pulun hamısını vermək olar. Bəzən bileti bir neçə günlük bron etmək olur. Turizm agentliklərindən bileti alırlar ki, sonra dəyişmək imkanı olsun. Burada da məqsəd viza alınmadığı təqdirdə çox da zərərin olmaması üçündür. Amma adətən bütün sənədlər qaydasında olursa, vizanı almaq mümkündür. Təbii ki,tələblərdən biri gedəcəyiniz yerə olan sənədlərdir. Bu sənədlərdən bilet,qalacağınız yer, hətta sığorta da tələb olunur”.

