Cəmiyyət 

Gənclər üçün sağlamlıq təhsili vacibdirmi?

Son tədqiqatlar Z nəslinin erkən kosmetik məhsul istifadəsi və həyat tərzi faktorları səbəbindən erkən yaşlanma ilə üzləşdiyinə diqqət çəkərək, gənclərin proaktiv sağlamlıq təhsili və maarifləndirmə kampaniyalarına ehtiyac olduğunu vurğulayır.

Araşdırmalar, həmçinin Z nəslinin makiyaj və kimyəvi kremlərin erkən istifadəsi səbəbindən vaxtından əvvəl qocaldığını göstərir.

Türkiyəli estetik cərrahiyyə üzrə mütəxəssis Yakup Çil bədənin gənc inkişaf illərində çoxsaylı estetik kimyəvi məhsullara məruz qalmasının da erkən yaşlanmaya səbəb ola biləcəyini ifadə edib.

ABŞ-da Vaşinqton Universitetinin Tibb Məktəbində keçirilən konfransda dərc olunmuş hesabat Z nəsli olaraq təyin olunan 1997-2012-ci illər arasında doğulanların daha sürətli qocaldığını ortaya qoyub. Hesabatda gənc yaşlarına baxmayaraq, Z nəsli arasında ağciyər, mədə, bağırsaq və uşaqlıq yolu xərçəngi kimi qorxulu halların tez-tez baş verməsi, bunun hüceyrə yaşlanması prosesinə aid edildiyi vurğulanıb.

Fəallığın azalması, daha çox çəki

Erkən qocalma əlamətlərinin bir neçə səbəbi ola biləcəyi vurğulanır. Mütəxəssis qeyd edib ki, texnoloji tərəqqilərin artması ilə Z nəsli vaxtlarının əhəmiyyətli bir hissəsini sosial media və kommunikasiya platformalarında keçirir və bu da fiziki cəhətdən daha az aktiv nəslə səbəb olur. Fiziki fəaliyyətin olmaması çəki artımı ilə nəticələnə bilər, gənclərin yaşlı görünməsinə və piylənmə ilə bağlı sağlamlıq problemləri ilə qarşılaşmasına səbəb ola bilər.

Yuxu itkisi dərinin yenilənməsini gecikdirir

Gənc nəslin sosial platformalarda və mürəkkəb kompüter oyunlarında daha çox vaxt keçirdiyinə və bunun da onların daha az yatmasına səbəb olduğuna diqqət çəkən Çil qeyri-kafi yuxunun dərinin yenilənmə sürətini azalda və nəticədə daha yaşlı görünən bir dəri quruluşuna səbəb ola biləcəyini qeyd edib.

Çil erkən yaşda siqaret və spirtli içkilər istehlakının Z nəslinin daha yaşlı görünməsinə, dəri və bədənin daha sürətli yaşlanmasına səbəb ola biləcəyini vurğulayıb. O, son illərdə Z nəsli arasında sosial kommunikasiya şəbəkələrinə əlçatanlığın artması səbəbindən estetik prosedurlara tələbin əhəmiyyətli dərəcədə yüksəldiyini, bunun sevimli şəxsiyyətlərə və modellərə bənzəmək istəyinin artmasına səbəb olduğunu qeyd edib.

Məşhurlardan ilhamlanan prosedurlar

Bildirilir ki, estetik prosedurlara can atan, fotolarda təsvir olunan məşhurlara və modellərə oxşamaq istəyən gənclərin sayı artmaqdadır.

Mütəxəssis makiyaj və kimyəvi kremlərdən istifadəyə erkən yaşlardan başlamanın dərinin vaxtından əvvəl qocalmasına səbəb ola biləcəyini vurğulayıb. Bədənin gənc inkişaf illərində çoxsaylı estetik kimyəvi məhsullara məruz qalma da erkən yaşlanmaya səbəb ola bilər. Erkən yaşda edilən estetik burun əməliyyatı və üz estetik əməliyyatları inkişaf prosesinə mənfi təsir göstərə bilər və gənc fərdlərin zamanla daha yaşlı görünməsinə səbəb ola bilər.

Sağlamlıq təhsili

Z nəslində vaxtından əvvəl qocalmanın aradan qaldırılması ilə bağlı dərin tövsiyələr verən həkim gənclərə sağlam həyat tərzinin öyrədilməsinin vacibliyini də vurğulayıb. O, erkən tütün və alkoqol istehlakının azaldılması, idmanın təşviqi, sosial media və ekran vaxtının məhdudlaşdırılması, fiziki fəaliyyəti təşviq etmək, müntəzəm yuxunun əhəmiyyətini vurğulamaq və erkən estetik prosedurların bədən forması və quruluşuna potensial mənfi təsirləri haqqında maarifləndirmə kimi tədbirləri tövsiyə edib. Mütəxəssis bildirib ki, artıq Z nəslinin vaxtından əvvəl qocalmasının qarşısını almaq və rəvan şəkildə növbəti nəslə keçmək müasir dövrümüzdə mühüm bir humanitar vəzifəyə çevrilməlidir.

Nubar Süleymanova, “İki sahil”

Daha çox xəbərlər