Cəbhədən Xəbər 

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlıları gecə vaxtı tapşırıqları icra ediblər

Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə ölkəmizdə keçirilən “Qafqaz Qartalı – 2024” təlimi davam edir.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən bildirilib.

Təlimin planına uyğun olaraq hər üç ölkənin xüsusi təyinatlıları gecə və məhdudgörmə şəraitində müxtəlif maneələri dəf edərək gizli yollarla şərti düşmənə yaxınlaşma və onun zərərsizləşdirilməsi üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.

Qeyd edək ki, “Qafqaz Qartalı – 2024” birgə təlimi iyunun 12-dək davam edəcək.

 

 

Daha çox xəbərlər