Cəmiyyət 

İki hərbi qulluqçumuz ildırım vurması nəticəsində həlak olub

Azərbaycanın iki hərbi qulluqçusu ildırım vurması nəticəsində həlak olub.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, iyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.

Faktla bağlı araşdırma aparılır.

 

 

Mayor Baxış Elşən oğlu Baxışlı

Əsgər Əli Elşən oğlu Nağıyev

Daha çox xəbərlər