Region Xəbərləri 

Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir

Təbii ki, siyası əlaqələr, bir-birimizə dəstəyin verilməsi, beynəlxalq təşkilatlarda bir –birimizə dəstək həddindən artıq önəmlidir, amma eyni zamanda digər layihələr də vacibdir. Əminəm ki, gələn ay bütöv dövlət baçşıları Şuşada birliyimizin yeni bir səhifəsini, inşallah bərabər açacaqlar. Bu sözləri İlham Əliyev TÜRKPA –nın nümayəndə heyətini qəbul edərkən söyləyib.
Bildiyimiz kimi türk dünyasının birləşməsi uğrunda artıq türk dövlətləri səylər göstərirlər. Eyni zamanda Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndrilməsi ,Türk dövlətləri ilə əlaqələrimiz proritet istiqamət kimi götürülür.
Bildiyimiz kimi tezliklə Şuşada Türk Dövlətləri Təşkilatlarının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. Ölkəmiz üçün həm sürətli, həm davamlı təmaslara ehtiyac var. Eyni zamanda hər bir zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olacaq. Orta dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması artıq ölkəmiz üçün göz önündə olan bir məsələdir. Bunun üçün Türk Dövlətləri Təşkilatlarına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərirlər. Bu da təbiidir. Çünki nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Ümum Türk dünyasının birləşməsi ilə sıx bağlı olan bir prosesdir.
Bildiyimiz kimi Azərbaycan bu il COP29 konfransına ev sahibliyi edəcək. Bu, bizim üçün böyük məsuliyyətdir, həm də böyük şərəfdir.Çünki İqlim məsələləri isə bu gün Azərbaycan gündəliyində duran əsas vəzifələrdən biridir. Məhz Türk dövlətləri ilə bu məsələləri müzakirə etmək də fayda verəcəkdir.
Türk dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasət prioritetlərindən biridir. Qardaş ölkələrimiz arasında əməkdaşlıq əlaqələri həm ikitərəfli, həm də çoxtərəfli formatda uğurla inkişaf edir.Çoxsaylı qarşlıqlı səfərlər, iqtisadi, mədəni, enerji ,nəqliyyat və digər sahələrdə həyata keçirilən layihələr və atılan addımlar türk dövlətlərinin əlaqələrini daha da möhkəmləndirir. Beynəlxalq aləmdə birgə fəaliyyət və qarşlıqlı dəstək bu əməkdaşlığın geniş miqyasının bariz göstəricisidir.
Dövlət başçımızın “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur” fikri ölkəmizin bu istiqamətdəki siyasətini açıq şəkildə biruzə verir. Son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlər birliyimizi daha da gücləndirib. Azərbaycanın təşəbbüsü ilə keçirilən tədbirlər, qarşılıqlı səfərlər bu birliyin sarsılmaz olduğunu bir daha dünyaya bəyan edir. Ölkələrimiz arasında çoxtərəfli əlaqələrin dərinləşməsində türk əməkdaşlıq təşkilatlarının hər birinin rolu var. Bu təşkilatların ən böyük xüsusiyyəti onların ortaq mədəniyyətə, tarixə, dilə, mənəvi dəyərlərə malik xalqları və ölkələri birləşdirilməsidir.
Zirvə görüşünün Şuşada keçirilməsinin böyük rəmzi mənası var. Çünki Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və orada sürətlə quruculuq-bərpa işləri aparılır. Bu müddət ərzində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri Şuşaya səfər ediblər. Bununla yanaşı azad edilmiş torpaqlarda qardaş ölkələrin təşəbbüsü və maliyyə dəstəyi ilə artıq bir məktəb və bir incəsənət mərkəzi fəaliyyətə başayıb. Bunlar Özbəkistan və Qazaxıstan tərəfindən inşa edilib. Bir məktəbin təməlini isə bu yaxınlarda Qırğızıstan Prezidentinin iştirakı ilə Ağdam rayonunda qoyulub. Cəbrayıl rayonundakı bir məntəqə isə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa ediləcək. Bütün bunlar birliyimizin göstəricisidir. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə geniş yol-nəqliyyat infrastrukturu yaradılır.
Hazırda işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq, abadlıq işləri aparıldığından Qarabağ və Şərqi Zəngəzur dünyanın ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək.
Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları enerji resursları, insan kapitalı, artan əhali, demoqrafiq vəziyyətin müsbət olması bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu olacaq, biz bunu görürük.
Bərdə şəhər N.Nərimanov adına 3 nömrəli tam orta məktəbin tarix müəllimi Elnarə Cəfərova

Daha çox xəbərlər