Cəbhədən Xəbər 

“Qafqaz Qartalı – 2024”: Xüsusi təyinatlılar zərbə PUA-sının tətbiqi ilə qəfil basqın icra etdilər

Ölkəmizdə keçirilən “Qafqaz Qartalı – 2024” təlimində xüsusi təyinatlılar yüksək peşəkarlıq nümayiş etdirirlər.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Birgə təlimin növbəti mərhələsində şərti düşmənin yerləşmə məntəqəsi müəyyən olunaraq zərbə PUA-sının tətbiqi ilə qəfil basqın icra edilib, onun canlı qüvvəsi zərərsizləşdirilib.

“Qafqaz Qartalı – 2024” təlimində qarşıya qoyulan tapşırıqlar Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi qulluqçuları tərəfindən müvəffəqiyyətlə icra olunur.

 

 

Daha çox xəbərlər