Cəmiyyət 

Çobanyastığı haqqında bu rəvayəti EŞİTMİSİNİZ? – MARAQLI MƏQAMLAR

Çobanyastığı çiçəyinin hekayəsi əsrlər boyu müxtəlif mədəniyyətlərdə fərqli hekayələr ilə xarakterizə olunur. Qədim Roma və Yunan mifologiyalarında bu bitki çox vaxt sevgi, gözəllik və tanrılarla əlaqəsi olan bir çiçək hesab olunurdu. Mifoloji hekayələrə görə, çiçəyin ağ ləçəkləri Afrodita ilahəsinin göz yaşları yaxud tanrı Apollonun gözəllikdə yarışdığı yarışma nəticəsində yaranıb. Orta əsrlər Avropasında çobanyastığı sədaqət və sevgi simvolu hesab olunurdu. Çobanyastığının ləöçəkləri qoparılaraq “sevir, sevmir” oyunu oynanılıb.

Çobanyastığının müxtəlif sivilizasiyalarda hekayə və əfsanələri mövcuddur. Bunlardan birini Sonxeber.az oxuyucularına təqdim edirik:

Diqqət yetirsək, bu bitkinin quruluşu bir növ çətiri xatırladır. Əfsanəyə görə çobanyastığı qədim zamanlarda çöl cırtdanlarının çətiri olub. Yağış yağanda cırtdan çobanyastığının altına sığınar, ya da onu qoparıb başı üzərində tutaraq addımlayardı. Yağış damlalaları çiçəyin ləçəkərini islatsa da, cırtan daim bu çiçəyin yarpaqları və ləçəkləri altında quru olaraq qalıb. Rənglərinə görə müxtəlif məna ifadə edən çobanyastığının ağ rəngdə olanı saflığı və məsumluğu xarakterizə edir.

Göründüyü kimi, çobanyastığı bitkisinin mənası müxtəlif bölgələrdə rəvayətləri özündə əks etdirir. Çobanyastığı saflığı simvolizə etdiyi üçün gəlin çiçəklərində və taclarında da ən çox istifadə edilən çiçəkdir. Eyni zamanda, saf sevgi mənasını ifadə edən çobanyastığı bolluq və sağlamlıq mənasını da ifadə edir.

Daha çox xəbərlər