Region Xəbərləri 

Şuşa Bəyannaməsi – tarixi gerçəklik

Belə bir deyim var “ sülh istəyirsənsə müharibəyə hazır olmalısan “ tarixi günlərə şahidlik etdiyimiz bir zamanda bu deyim tam yerinə düşür. Cənab Prezident İlham Əliyevin uzun illər apardığı xarici siyasət beynəlxalq arenada dövlətimizin nüfuzunun artması, məhz ərazi bütövlüyümüzün təmin olunmasına hesablanmışdı. İlham Əliyev apardığı uğurlu daxili və xarici siyasətlə dünyada İlham Əliyev siyasəti və ritorikası ortaya qoymuşdu. Cənab Prezidentin hesablanmış və düşünülmüş bütün addımları öz bəhrəsini verir hələ bəlkə də, bu gün atılan kilometrlik addımlar on illər sonra da, dövlətimizin suverenliyinin əsas təməl daşları olacaq.  44 günlük Vətən Müharibəsində Dəmir Yumruğun gücünü görən düşmən nədənsə hər zamankı kimi dərs ala bilmədi. Ekofəallarımızla başlayan millət iradəsi antiterror əməliyyatı ilə öz təscilini tapdı, İlham Əliyev millətin iradəsi ilə öz siyasi addımlarını bir vəhdət şəklinə sala bilən müasir dünyanın nadir liderlərindəndir. Həmin vaxt gənclərimizin Şuşa Xankəndi yolunda yandırdığı tonqalın istisinə Avropanın bəzi paytaxlarında üşüyənlər çox oldu. Azərbaycan antiterrordan öncə bütün siyasi yolların hər birindən istifadə etdi. Düşmən öz məkrli siyasətindən U dönüşü etməkdə qəti maraqlı olmadı, əksinə Paris teatrlarındakı orta əsr intriqa tamaşalarında olduğu kimiçox ssenarili oyunlarına davam etdi. Paris demişkən Yeliseydən verilən uydurma mesajlara çox bel bağlayan Ermənistan tarixi həqiqətlərlə baş başa qalmalı oldu. Elə Pelosinin təyyarəsi İrəvana enəndə də, Ermənistanda böyük sənədlərin imzalanacağına, hansısa yardıma böyük ümidlər bəsləyirdilər. Ancaq o ümidlər təyyarə kimi göylərə uçdu.Vətən Müharbəsindən sonra atılan siyasi addımlar məhz Azərbaycanın apardığı müstəqil xarici siyasətin əsasını təşkil edirdi. Azərbaycan vədlərlə deyil real, tarixi addımlar ataraq öz siyasi kursunu qəti olaraq bir daha göstərdi. Bu baxımdan qardaş Türkiyə ilə 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi yeri, vaxtı və məqsədi baxımından dünyaya tarixi mesaj ötürdü.Qars anlaşmasının 100 – cü il dönümündə imzalanmış bu bəyannamə hər iki dövlətdə bayram abu-havas yaratmışdı. Şuşa Bəyannaməsi təkcə iki dövlətin bir biri ilə qardaşlıq münasibətlərindən irəli gələn məsələ deyil, eyni zamanda iki dövlətin bölgədə əsas söz sahibi olduğunu sübut edən tarixi sənəd idi.Şuşa Bəyannaməsi Azərbaycan Türkiyə qardaşlığının boyutunun bir təzahürüdür. Bu sənəd Avropadan Qafqaza uzanan əllərin qarşısında bir sipər olmaqla yanaşı, həm də, böyük gücün ilk işıqlardır.Qafqazda istər siyasi, istərsə də, hərbi baxımdan sabitliyin möhkəmləndirilməsində heç şübhəsiz Şuşa Bəyannaməsitarixi önəm daşıyır. Məsələnin bir də, beynəlxalq nüfuz tərəfi var. Azərbaycanın ərazi bütövlüynə  “ həssas yanaşanlara “ tarixi mesajdır Şuşa Bəyannaməsi! İki dövlət arasında hərbi, iqtisadi, texnologiya, logistika və digər bütün sahələrdə qardaşlıq münasibətlərinin  artıq həm də, strateji tərəfdaşlıq səviyyəsinə keçməsi gələcək üçün, bütün Türk dünyası üçün böyük önəm daşıyır. Şuşada Türkiyənin konsulluq açmaq niyyəti də, qədim yurdumuz olan Şuşanın əhəmiyyətini başqa aspektlərdən də, aydın göstərir. Son illər baş verən proseslər, dəyişən geosiyasi mövqelər artıq dünya siyasətində illuziyaya yer olmadığını göstərdi. 44 günlük Vətən Müharibəsində, daha sonra antiterror əməliyatında Azərbaycan öz ərazi bütövlüyünü tam təmin etməsi eyni zamanda, dünyanın BMT kimi nüfuzlu təşkilatının qətnamalərini düşmənə qəbul etdirməsi tarixi gerçəklik idi. Bu tarixi gerçəklik fonunda dünyada bir Azərbaycan reallığı formalışıb. Hal-hazırda Avropadan Ermənistana göstərilən təzyiqlər fonunda Zəngəzur dəhlizin açılması məsələsi də, aktual mövzulardandır. Bu məsələdə də, dövlətimiz öz siyasi gücünü ortaya qoyaraq Qafqazdan kənar ölkələrin bu bölgəyə qeyrileqal şəkildə girməsinin kəskin şəkildə qarşısını aldı. Dünyanda artan müharibələr və siyasi gərginliklər fonunda Azərbayacnın bölgədə sabitliyin fundamental qarantı olduğu hər kəsə məlumdur. Şuşa Bəyannaməsi ilə beynəlxalq təşkilatlar qarşısında Azərbayacanın qətiyyəti bir daha öz təsdiqini tapdı. Sonda qeyd edim ki, Şuşa Bəyannaməsi illərlə zərgər kimi böyük incəliklə işlənmiş milli maraqlarımıza, regionun sabitliyinə töhvə verən, bütövlükdə dünya siyasi elitasında xüsusi çəkisi olan tarixi sənəddir.

 

Elçin Cəfərli , YAP Bərdə rayon təşkilatı fəalı, Bərdə rayon Şəhid A. Tağıyev adına Məmmədli kənd tam orta məktəbin direktoru.

Daha çox xəbərlər