Cəmiyyət 

Bakıda iki yaşlı körpənin ölüm səbəbi məlum oldu

Bakıda iki yaşlı körpə xəstəxanada ölüb.

Körpənin həkim nəzarətsizliyi səbəbindən öldüyü iddia olunub.

Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimi Fuad Dövlətov bildirib ki, yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarətlər alan 2022-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) iyunun 13-ü saat 22:00-da huşsuz vəziyyətdə xəstəxanaya hospitalizasiya olunub.

Reanimatoloji tədbirlərə baxmayaraq, azyaşlının iyunun 14-ü saat 02:30-da ölüm faktı qeydə alınıb.

“Xəstənin yaxınları iyunun 13-də axşam saatlarında xəstəxananın qəbul şöbəsində insident törədiblər”, – həkim qeyd edib.

Ətraflı Baku TV-nin süjetində:

Daha çox xəbərlər