Şou biznes 

Məşhurlarımız özlərinə hansı biznesi qurublar?

Biznesin bir qızıl qaydası var. “Yumurtaların hamısını bir səbətə yığmaq olmaz”. Bu o deməkdir ki, maliyyəni müxtəlif sahələrə yatırmaq lazımdır ki, batanda hamısı batmasın. Azərbaycanda ən gəlirli sahələrdən biri toy biznesidir. Bəs görəsən yerli məşhurlarımız toy biznesindən əldə etdikləri qazancla hansı əlavə biznes qurublar?

Lent.az məşhurların əlavə biznesləri barədə məlumat verir.
Məşhurlarımız özlərinə hansı biznesi qurublar?Müğənni Rəqsanə oxumaqla yanaşı restoran biznesi ilə də məşğuldur.
Məşhurlarımız özlərinə hansı biznesi qurublar?Xuraman Şuşalı xınayaxdı təşkilatçısıdır.
Məşhurlarımız özlərinə hansı biznesi qurublar?Rəqqasə Fatimə həm müğənnilərə paltar kirayə verən dükan sahibidir, həm də xınayaxdı təşkilatçılığı edir.
Məşhurlarımız özlərinə hansı biznesi qurublar?Vəfa Şərifova da paltar kirayəsi ilə məşğul olur.
Məşhurlarımız özlərinə hansı biznesi qurublar?Faytonçu Nazim bahalı çörəklər satan dükan sahibidir.
Məşhurlarımız özlərinə hansı biznesi qurublar?Aktyor İlkin Həsəni “İlk media” reklam, film çəkilişləri edən şirkətin sahibidir.
Məşhurlarımız özlərinə hansı biznesi qurublar?Röya Ayxan neçə kiçik ev tikdirib, Nabrana istirahətə gələn turistlərə və ən əsası, ailəvi dincələnlərə kirayə verir. Həmin evlərin gündəlik qiyməti 50-150 manat arasındadır.
Məşhurlarımız özlərinə hansı biznesi qurublar?Xatirə İslam xınayaxdı mərasimləri təşkil etməklə özünə əlavə iş qurub.
Məşhurlarımız özlərinə hansı biznesi qurublar?Nazilə Səfərli də xınayaxdı təşkilatçılığı edir.
Məşhurlarımız özlərinə hansı biznesi qurublar?Rahidə Baxışova həm xınayaxdı təşkilatçılığı edir, həm də ev alqı- satqısı ilə məşğul olur.
Məşhurlarımız özlərinə hansı biznesi qurublar?Abbas Bağırovun “ABA” adlı şirniyyat evi var.
Məşhurlarımız özlərinə hansı biznesi qurublar?Sevil və Sevincin “SS” adlı ayaqqabı butikləri var. Sevil və Sevincin eyni adda dırnaq salonu və ətriyyat mağazası fəaliyyət göstərir.
Məşhurlarımız özlərinə hansı biznesi qurublar?Əməkdar artisti Nüşabə Ələsgərlinin paytaxtda bir neçə gözəllik salonu var.
Məşhurlarımız özlərinə hansı biznesi qurublar?Əməkdar artist, aktrisa Vəfa Zeynalova gözəllik salonu və iki kafe sahibidir.
Məşhurlarımız özlərinə hansı biznesi qurublar?Xəyyam Nisanovun “Little Smile” adlı uşaq əyləncə mərkəzi var.
Məşhurlarımız özlərinə hansı biznesi qurublar?Müğənni Emil Bədəlov bir neçə çay evinin və “S Group Travel” turizm şirkətinin sahibidir.
Məşhurlarımız özlərinə hansı biznesi qurublar?Ədalət Şükürov əvvəllər böyük biznes sahibi olduğunu desə də sonralar biznesini bağlayıb. Onun tikinti materialları satan dükanı var.
Məşhurlarımız özlərinə hansı biznesi qurublar?Rüfət Axundov avtomobil alveri ilə məşğul olur.

Daha çox xəbərlər