Cəlilabadda boğulan şəxslərin kimliyi məlum oldu
Cəlilabadda su bəndində boğulan şəxslərin kimliyi məlum olub.
“Report”un Muğan bürosunun məlumatına görə, həmin şəxslər rayonun Hamarqışlaq kənd sakinləri, 2008-ci il təvəllüdlü Nihad Nicat oğlu Aşurov və 2004-cü il təvəllüdlü İbrahim Əjdər oğlu Həsənovdur.
Faktla bağlı araşdırmalar davam etdirilir.
15:11
Cəlilabadda su bəndində boğulan iki nəfərin meyiti tapılıb.
APA xəbər verir ki, meyitlər bənddən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda onların kimliyi dəqiqləşdirilir.
14:54
Cəlilabadda su bəndində iki nəfər boğulub.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə bu gün günorta saatlarında Cəlilabad rayonunun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb. Kənddə yerləşən su bəndində iki nəfərin çimərkən boğulduğu bildirilir.
Hazırda onların axtarışları aparılır.

