Cəmiyyət 

Qətlə yetirilən polis kapitanı məşhur müğənninin dayısıoğlu imiş – FOTO

Paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı il təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən iyunun 24-də saxlanılarkən silahlı müqavimət göstərilib. Həmin şəxs 3 polis əməkdaşını və 1 mülki vətəndaşı qətlə yetirib.

BAKU.WS xəbər verir ki, qətlə yetirilən polislərdən biri Məmmədov Eldəniz müğənni Elnar Xəlilovun dayısıoğludur.
Qətlə yetirilən polis kapitanı məşhur müğənninin dayısıoğlu imiş - FOTOBu barədə Elnar özü bildirib.

O sosial şəbəkə hesabında Eldənizin forosunu paylaşaraq ona Allahdan rəhmət diləyib.

Sənətçinin qohumu ilə bağlı olan paylaşımını təqdim edirik:
Qətlə yetirilən polis kapitanı məşhur müğənninin dayısıoğlu imiş - FOTO

Daha çox xəbərlər