Region Xəbərləri 

Azərbaycan yaşıl gündəliyi nümayiş etdirir.

Prezdent İlham Əliyevin ölkəmizin təbii sərvətlərinin dünya iqtisadiyyatındakı yerini düzgün qiymətləndirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır.
Prezident İlham Əliyev Azərbaycanın “yaşıl artım” ölkəsinə və “yaşıl enerji” məkanlarına transformasiyasının ideoloqu və ən güclü dəstəkçisidir. Ölkəmizin başçısının cari ilin 21 iyun tarixində “Euronews”a verdiyi müsahibəsində toxunduğu məsələlər bir daha göstərmişdir ki, bu siyasət ardıcıl və davamlı olaraq həyata keçirilməkdədir.
Ona görədə Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpa olunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. Dövlətimizin başçısı cənab İlham Əliyevin müsahibəsindən göründüyü kimi ölkəmizdə yaxşı sərmayə mühiti var. Ölkəmiz hazırda ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpa olunan enerjiyə yönəldir.
COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir. Cənab Prezdent qeyd etmişdirki, “Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektirik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun. Son 20 ilin reallıqları bu hədəfə yüksək səviyyədə nail olduğumuzu təsdiqləyir. Dövlət başçısı İlham Əliyev qeyd etdi ki, növbəti illərdə qısa müddət ərzində milli enerji səbəkəmizin gücləndirilməsini təmin edəcək dövlət proqramı icra ediləcəkdir. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dunya bazarlarına nəqil Azərbaycanının enerji siyasətinin əsas tərkib hissəsidir.
Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gucundə bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30% çatdırılmasını hədəfləyir. Sərəncamda da qeyd edildiyi kimi ,işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur,eləcədə Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub.Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir. Həmin ərazilərdə “Ağıllı şəhər” “ağıllı kənd” kimi innovtiv yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Onu da qeyd edək ki, tarixi Zəfərimiz hər sahədə təkmilləşməyə yol açdığı kimi ,yeni Dövlət Proqramlarının qəbulunu , Yenilənməsini bir zərurət kimi qarşıya qoydu.
Anar Baxşalıyev, YAP Bərdə rayon təşkilatı fəalı, Piyadalar kənd Q.Bayramov adına ümumi orta məktəbin direktoru.

Daha çox xəbərlər