Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya kollektivlə birlikdə Silahlı Qüvvələr günü münasibətilə şəhid və qazi ailələrində olmuşlar.

YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Aparatın əməkdaşları ilə birlikdə Cəyirli kəndində Vətən müharibəsi şəhidi Səid Ədilovun ailəsində olmuş, Cumalar kəndində qazi, III dərəcəli Vətən müharibəsi əlili Abbasov İsmət Sübhi oğluna baş çəkmişlər.
Görüş zamanı şəhid Ədilov Səid Həsən oğlunun və qazi Abbasov İsmət Sübhi oğlunun döyüş yolu barədə danışılmış, müharibə zamanı göstərdikləri igidliklər bir daha xatırlanmışdır.
YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya Müzəffər Lider cənab İlham Əliyevin rəhbərliyi altında xalqımızın və Ordumuzun monolit dəmir birliyi və Silahlı Qüvvələrimizin igidlərinin qəhrəmanlıqları sayəsində qazanılan böyük Qələbə və Zəfərlərdən danışmış, onların xalqımızın həm Zəfər tarixində əbədi var olacağını, həm də qəlbində daim yaşayacaqlarını bildirmişdir.
Qəhrəmanlığı ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Ağdamın azad olunmasına görə” medalına layiq görülmüş, snayperçi İsmət Abbasov və ölümündən sonra üç medala layiq görülmüş
şəhid Ədilov Səidin atası, 1993- cü ildən YAP-ın üzvü Həsən Ədilov görüş zamanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrimizi vahid komandanlıq altında birləşdirməsinin böyük gücündən danışmış, bugünkü uğurlu daxili və xarici siyasətini ürəkdən dəstəklədiklərini bildirmişlər.
Görüşdə rayon təşkilatının sədri Faqət Şadlinskaya bugünlərdə YAP-a keçmək üçün müraciət etmiş şəhid anası Əzizə Ədilovaya YAP üzvlük vəsiqəsini təqdim etmişdir. Şəhid anası Əzizə xanım oğlunun canını verdiyi amalı daim uca tutacağını, Müzəffər Lider cənab İlham Əliyevlə bir partiyada Vətənə xidmətdə olacağından qürur duyduğunu bildirmişdir.
Görüşdə rayon təşkilatının kollektivi həm qazi, həm də şəhid ailəsinin problemləri ilə maraqlanılmış, onlara maddi və mənəvi dəstək olmağa çalışmışlar.

Daha çox xəbərlər