Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Azərbaycan elə güclü ordu yaradıb ki…

By Vüsal Rafiqoğlu
26.06.2024 3 Min Read

Bu gün ölkəmizdə  Azərbaycanda Silahlı Qüvvələr Günüdür. Artıq dörd ildir Azərbaycan Ordusu bayramını qalib ordu kimi qeyd edir. O ordunun ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində ölkəmizin ərazi bütövlüyünü bərpa edib. O ordunun ki, 2023-cü ildə heç bir yaşayış məntəqəsinə, o cümlədən mülki vətəndaşlara heç bir  zərər vurmadan keçirilən 23 saatlıq lokal antiterror əməliyyatı zamanı yüksək peşəkarlıq nümayiş etdirərək ərazilərimizdən Ermənistanın silahlı qüvvələrini, həmçinin  bütün separatçıları qovub çıxarıb. Bununla da Azərbaycan tam suverenliyinə qovuşub.  O ordunun ki, indi Amerikada, Avropada müxtəlif ölkələrin ən mütərəqqi hərbi məktəblərində onun döyüş təcrübəsi öyrənilir. O ordunun ki, onun sıralarında olan əsgər və zabitlər Vətənin hər qarışı uğrunda mübarizədə əsl qəhrəmanlıq göstərirlər. Yeri gələndə Azərbaycan dövlətinin əbədi yaşaması uğrunda, gələcək nəsillər uğrunda gözlərini belə qırpmadan Vətən çöllərini öz qanları ilə suvararaq şəhidlik zirvəsinə yüksəlirlər. Təkcə bir faktı xatırladaq ki, Vətən müharibəsi zamanı doğma torpaqlarımızın azad edilməsi uğrunda 2900-dən çox əsgər və zabitimiz şəhid olub.

İyunun 25-də – Silahlı Qüvvələr Günü ərəfəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov AZƏRTAC-a və AzTV-yə müsahibəsində bütün bunlar barədə ətraflı məlumat verib. O həmçinin bildirib ki, ordumuzun uğurlarının əsasında möhtərəm cənab Prezidentin dəmir iradəsi dayanır. Yeri gəlmişkən qeyd edək ki, müstəqillik  dövründə yaranmış yeni dövlətlərdən heç birinin rəhbəri  Prezidenti İlham Əliyev qədər öz xalqına böyük tarixi zəfərlər qazandıra bilməyib. Bu məqamda dünya şöhrətli görkəmli qırğız yazı¬çısı Çingiz Aytmatovun aşağıdakı fikrini xatırlatmaq yerinə düşər: “İlham Əliyev XXI əs¬rin lider etalonudur”.

Sözügedən müsahibədə dünya miqyasında müharibələrin genişləndiyinin, müharibəyə cəlb olunan dövlətlərin sayının artdığı və hər bir dövlət öz təhlükəsizliyini təmin etmək üçün tədbirlər gördüyü də vurğulanıb. Bundan ürək ağrısı ilə danışan və “Təəssüflər olsun ki, bütün dünya silahlanır” deyən general-polkovnik Zakir Həsənov deyib ki, indi dünyada sursat almaq üçün növbəyə durmaq lazımdır. Elə bu səbəbdən o deyib: “İndi də biz qarşıya vəzifə qoymuşuq ki, özümüzü digər mərmilərlə, raketlərlə təmin edək. Mən sizi əmin edim ki, cənab Prezidentin hər bir sözünün arxasında iş durur və bu istiqamətdə də böyük işlər gedir. Azərbaycan qarşısında elə məsələlər qoyulub ki, sevindirici haldır, inşallah, biz ona da nail olacağıq, özümüzü ən müasir silah, texnika və sursatla təmin edəcəyik. Qardaş Türkiyənin imkanlarından istifadə edəcəyik və birgə istehsal həyata keçirəcəyik”.

Müsahibədə Ermənistanın sürətlə silahlanması məsələsinə də toxunulub. Bildirilib ki, Azərbaycan qonşu dövlətlərdə, o cümlədən Ermənistanda gedən bütün prosesləri izləyir. Prezident İlham Əliyevin “heç bir dövlət Azərbaycana hədə-qorxu gələ bilməz, heç bir dövlət Azərbaycanla təhdid dilində danışa bilməz” sözlərini xatırladan  general-polkovnik Zakir Həsənov bir daha vurğulayıb ki, Azərbaycan güclü dövlətdir, onun güclü rəhbəri və güclü ordusu var: “Bu, ilk şərtdir. Bununla yanaşı, biz öz tədbirlərimizi görürük. Ali Baş Komandan bu məsələni ciddi nəzarətdə saxlayır”. Şübhəsiz, bütün bunlar vəsait tələb edir. Odur ki,  Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bizim hərbi büdcəmiz də ilbəil artırılır.

Zakir Həsənov bir məqamdan da söz açıb. Bildirib ki, bəzi böyük dövlətlərin Qafqazda maraqları var. Onlar böyük maraqlarını burada yaşayan xalqların üzərindən həyata keçirmək istəyirlər. Təbii ki, biz buna imkan verməməliyik. İmkan verməməliyik ki, onlar burada yenə də gərginlik yaratsınlar. Buradakı xalqlar illərlə gərginlik içində yaşayıblar. Ona görə də çalışmaq lazımdır ki, sülh olsun, inkişaf olsun və Qafqazdakı bütün xalqlar firavanlıq içərisində yaşasınlar.
Bəli, bu gün dünyanın ən güclü 50 ordusu  sırasında qərarlaşan Azərbaycan Silahlı Qüvvələri sürətlə inkişaf edir, güclənir. Ölkədə hərbi-sənaye kompleksinin, müdafiə təyinatlı məmulatların istehsalının təkmilləşdirilməsi siyasəti uğurla davam etdirilir. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan elə bir güclü ordu yaratmışdır ki, istənilən vəzifəni icra edə bilər.

Qvami Məhəbbətoğlu, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Evlilik ildönümünə tort sifariş edilmişdi – Zaqatalada ölən gəncin ACI TALEYİ

Next

SOVET HƏRBİ RƏHBƏRLƏRİNİN GİZLİN əməliyyatının qarşısını alan azərbaycanlı QƏHRƏMAN zabitlər kimlərdir?

Xəbər lenti

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv