Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Həyatımız sığorta ilə rahat və gözəldir

By Vüsal Rafiqoğlu
28.06.2024 4 Min Read

Dünyaya göz açdığı gündən qəbir evinədək insan həyatının hər anı risk altında keçir. Artıq “Heç kim heç nədən sığortalanmayıb” məşhur deyiminin əksər dünya xalqlarının leksikonunda vətəndaşlıq hüququ qazanması da görünür elə bu səbəbdəndir. Bu hadisələrlə qarşılaşa bilər. Şübhəsiz, təbiət və insan faktoru nəticəsində ortaya çıxan belə hallarda həm maddi, həm də cismani itkilərlə üzləşmək qaçılmazdır. Amma, eyni zamanda, müasir dünyamızda belə bir reallıq da mövcuddur ki, insan müxtəlif xoşagəlməz hadisələrə tuş gəlməkdən sığortalanmasa da, özünü gələcəkdə qarşılaşa biləcəyi hər hansı xoşagəlməz hadisələrin maddi və mənəvi itkilərindən sığortalaya bilər. Bunun üçün yetər ki, atacağın riskli addımların təminat altına alınmasının qeydinə əvvəllcədən qalasan. Bu məqamda ortaya haqlı sual çıxır: İnsan atacağı riskli addımların qeydinə əvvəlcədən necə qala bilər? Təbii ki, tərəddüd etmədən çağdaş dünyamızda həyatımızın ayrılmaz parçasına çevrilmiş sığorta orqanlarına üz tutmaqla. Yəni, hər kəs bilməlidir ki, sığorta şirkətləri belə itkilər nəticəsində ortaya çıxan ziyanın tam və ya qismən ödənilməsini təmin edir. Bu gün bütün dünyada mövcud olan müxtəlif sığorta növlərinin siyahısında həyat sığortası ən öncül mövqe tutur desək, şübhəsiz, mübaliğəyə yol vermiş olmarıq.

Şəxsən mən bir araşdırmaçı jurnalist olaraq müşühidələrimə əsasən deyə bilərəm ki, bu gün Azərbaycanda avtomobil sığortasından sonra daha çox üz tutulan həyat sığortasıdır. Şübhəsiz, son vaxtlar ölkədə həyat sığortasının bu dərəcədə populyarlaşmasında Azərbaycan Mərkəzi Bankının (AMB), Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) və İcbari Sığorta Bürosunun (İSB) ardıcıl surətdə birgə reallaşdırdıqları məqsədyönlü tədbirlərin rolu böyükdür. Bir yazı çərçivəsində bu tədbirləri tam əhatə etmək mümkün olmasa da belə bir faktı vurğulamaq zəruridir ki, son illərdə Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları tərəfindən fiziki şəxslərə verilən kreditlərin həcminin davamlı artımı müştərilərin həyat sığortası ilə müdafiəsinin gücləndirilməsini zəruri edib. Bu prosesin əsas təminatçısı olan AMB kredit təşkilatları tərəfindən istehlak kreditləri üzrə xidmət olunan fiziki şəxslərin ödəmə qabiliyyəti və onların həyat risklərinə qarşı müdafiəsi məsələlərinə xüsusi həssaslıqla yanaşır. Mərkəzi Bank, eyni zamanda, bu sahədə tənzimləmə çərçivəsinin inkişafını və nəzarətin gücləndirilməsini prioritet istiqamətlərdən biri kimi daim diqqət mərkəzində saxlayır.

Heç də təsadüfi deyil ki, bu prioritet vəzifənin həlli məqsədilə ilk dəfə AMB-nin təşəbbüsü ilə cari ilin əvvəlində ASA və Azərbaycan Banklar Assosiasiyasının birgə fəaliyyəti təşkil olunub. Yəni, sözügedən sahə ilə bağlı yeni şərtlər formalaşdırılaraq mövcud tənzimləmə çərçivəsi üzrə təkliflər irəli sürülüb və bununla bağlı Mərkəzi Bankla geniş müzakirələr aparılıb. Bu fəaliyyətin yekunu olaraq Mərkəzi Bankın İdarə Heyətinin 16 may 2024-cü il tarixli qərarı ilə “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası Qaydaları”na və “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na əlavə və düzəlişlər təsdiq edilib. Şübhəsiz, bu əlavə və düzəlişlər istehlak krediti götürmək istəyən müxtəlif əhali qruplarının daha əlverişli şərtlərlə həyat sığortasına əlçatanlığını təmin edəcək.

Ölkə ictimaiyyəti Mərkəzi Bankın həyat sığortası sahəsinə yeni tənzimləyici qaydalar gətirməsini kredit risklərinin minimumlaşdırılmasına xidmət edəcək müsbət addım kimi dəyərləndirir. Yazının hazırlanması prosesində mövzu ilə bağlı həmsöhbət olduğum tanınmış iqtisadçıların fikirləri bunu bir daha təsdiq edir. Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, ümumiyyətlə, istehlak kreditlərinin sığortalanması uzun müddətdir müzakirə edilən məsələlərdən idi: “Bəllidir ki, indiyədək istehlak krediti götürən şəxs dünyasını dəyişdikdən sonra onun krediti vərəsəsi, yəni ailə üzvləri tərəfindən qaytarılırdı. Nəticədə dünyasını dəyişmiş şəxsin krediti əslində onun ailə üzvləri üçün əlavə maliyyə yükünə çevrilirdi. Səbəb də məhz sığortadan istifadə edilməməsi idi. Təbii ki, sığortadan istifadə edilməməsi nəticə etibarilə öhdəliyin bölüşdürülməməsinə gətirib çıxarırdı. Şübhəsiz, kreditlərin sığortalanması  imkan verəcək ki, kredit götürən şəxs dünyasını dəyişərsə və ya sağlamlığı ilə bağlı hər hansı bir problem yaranarsa, bu halda kredit onun ailə üzvləri deyil, sığorta şirkəti tərəfindən ödənilsin”.

V.Bayramov xüsusi vurğuladı ki, yeni Qaydalarda yer alan digər mühüm məqam əlillərin kreditə çıxış imkanlarının artırılmasıdır: “Halbuki, əvvəllər bu sahədə sığorta mexanizmi olmadığı üçün əlillər və ya kredit aldıqdan sonra əlillik dərəcəsi dəyişən vətəndaşlarımız üçün istər kreditlərin götürülməsində, istərsə də onun  qaytarılmasında müəyyən problemlər yaranırdı. Xüsusilə nəzərə alsaq ki, hazırda ölkə üzrə vətəndaşların götürdükləri istehlak kreditlərinin həcmi 7 milyard manatdan artıqdır, 3 milyon insanın istehlak krediti var, bu halda risklərin sığortalanmasını və xüsusilə risklərin idarə edilməsinə sığorta şirkətlərinin cəlb olunmasını bu sahədə həyata keçirilən uğurlu islahat kimi dəyərləndirmək olar. Risklərin idarə edilməsi həm də kommersiya banklarına praktik olaraq kredit faizlərini aşağı salmaq imkanı yaradacaq. Çünki risklər nə qədər çox idarə olunursa, o qədər azalır və bu da banklara imkan verir ki, kredit faizlərini aşağı salsınlar”.

İqtisadçı-ekspert Eldəniz Əmirov bildirdi ki, risklərin idarə olunmasında sığorta mexanizminin tətbiqi bütün dünyada özünü doğrultmuş üsuldur. Ekspert hesab edir ki, AMB-nin beynəlxalq təcrübəyə əsalanaraq yeni Qaydaları təsdiqləməsi tezliklə müsbət nəticəsini verəcək.

Həyatımız sığorta ilə rahat və gözəldir. Azərbaycanda həyat sığortalarının rolu qiymətləndirilərkən bu amil əsas götürülür. Təbii ki, risklərin təminat altına alınmasında bu sahədə fəaliyyət göstərən sığorta şirkətlərinin təcrübəsindən bəhs etməmək mümkün deyil. Belə təcrübədən söz düşəndə ilk olaraq göz önünə “PAŞA Həyat” şirkəti gəlir. “PAŞA Həyat”ın digər sığorta şirkətləri ilə müqayisədə xeyli dərəcədə populyarlığı, eyni zamanda, güvənliliyi ilə seçilməsi artıq hər kəs tərəfindən etiraf olunan faktdır. Bəs “PAŞA Həyat”ın bu dərəcədə etibar qazanmasının sirri nədədir? Təbii ki, həyata vəsiqə aldığı 2011-ci ildən bu günədək Azərbaycan miqyasında həyat sığortası üzrə lider olan bu şirkətin fəaliyyətində operativliyə, müştərilərlə ünsiyyədə qarşılıqlı etimada, etibara üstünlük verməsində, kadr potensialının mükəmməlliyində, eləcə də düzgün istiqamətə yönləndirilmiş uğurlu strategiyada!

Sonda bir daha yazının başlanğıcında qeyd etdiyim fikirlərə qayıdaraq xatırlatmaq istəyirəm ki, heç kim nəinki sabah, hətta bir saatdan sonra başına nə iş gələcəyini bilmir. Ona görə də gəlin, fürsəti əldən verməyək, hamılıqla kiçik xərclə böyük itkilərin qarşısını alaq! Həyatımızı sığortalayaq!..

Cavid Əkbərov, “İki sahil”

Bu yazı Azərbaycan Sığortaçılar Assosiasiyasının “Risklərin təminat altına alınmasında həyat sığortalarının rolu” mövzusunda təşkil etdiyi yazı müsabiqəsi üçün yazılıb.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

İbrahim Borçalı xanımı ilə bağlı bunları yazdı – FOTO

Next

“Sürət həddini aşmağa görə sizi postda saxlaya bilməzlər” – VİDEO

Xəbər lenti

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Son Yazılar

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv