Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Prezident Əliyevdən ŞƏT Zirvəsində mühüm qərarlar

By Vüsal Rafiqoğlu
04.07.2024 5 Min Read

Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq sazişi imzalandı; İlham Əliyevin Astana Zirvəsinə dəvət olunması Avropa və Asiya arasında mühüm körpü olan ölkəmizə, dövlət başçımıza böyük önəmin təzahürüdür

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sədri statusunda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə ŞƏT-in Zirvə toplantısında iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyev iyulun 3-də Astanaya səfər edib.

Qeyd edək ki, zirvə görüşünə 16 ölkənin dövlət və hökumət başçıları qatılıblar. Bu nüfuzlu təşkilatın zirvə görüşündə Prezident İlham Əliyev də iştirak edir. Azərbaycanın belə mötəbər təşkilatın sammitinə ikinci dəfə dəvət olunması ölkəmizin, xüsusilə Prezident İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın ifadəsidir. Xatırladaq ki, dövlətimizin başçısı Şanxay Əməkdaşlıq Təşkilatının 2022-ci ilin sentyabrında Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə görüşündə də iştirak edib.

“Çoxtərəfli dialoqun möhkəmləndirilməsi – davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr olunacaq zirvə görüşündə ŞƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları siyasi, iqtisadi-ticari, mədəni-humanitar əməkdaşlıq və digər məsələlərə dair geniş spektrdə aktual mövzuları müzakirə edəcəklər. Bildirilir ki, əsas siyasi sənəd olan Astana Bəyannaməsi ŞƏT-in bir çox aktual məsələlərlə bağlı mövqeyini ortaya qoyacaq, təşkilatın fəaliyyətini qiymətləndirəcək və gələcək üçün istiqamətləri müəyyənləşdirəcək.

Həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in 9 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran), 3 müşahidəçi üzvü (Əfqanıstan, Monqolustan, Belarus) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Səudiyyə Ərəbistanı, Şri-Lanka) var.

Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycanla ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib. Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir.

Hazırda ŞƏT-ə Qazaxıstan sədrlik edir. Prezident İlham Əliyev ŞƏT-in Astanadakı Zirvə görüşündə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə iştirak edir. Azərbaycanın üzvü olduğu beynəlxalq təşkilatlarla yanaşı, üzvü olmadığı təşkilatların da sammit, konfrans və görüşlərinə dəvət alması, həmin tədbirlərdə fəal iştirakı ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir. Sıralarında Çin, Rusiya, Pakistan, Hindistan və Orta Asiya ölkələrini birləşdirən belə mühüm beynəlxalq platformada Azərbaycanın növbəti dəfə iştirakı ölkəmizin gündəliyinin irəlilədilməsi, eləcə də regional proseslərdə iştirak və verilən qərarlarda söz sahibi olma baxımından çox önəmlidir. Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min bu ilin fevralında Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul edilərkən ölkəmizin ŞƏT-in fəal tərəfdaşlarından biri olduğunu və Azərbaycan ilə əlaqələrin hərtərəfli inkişafına əhəmiyyət verdiklərini bildirib.

Bu mötəbər təşkilatla əməkdaşlığını uğurla inkişaf etdirən Azərbaycan ŞƏT-də müşahidəçi statusu almaq niyyətindədir. Ölkəmizin bu il COP29 kimi ən nüfuzlu tədbirə ev sahibliyi etməsini nəzərə alsaq, Azərbaycan Prezidentinin ŞƏT-in Zirvəsində iştirakı mühüm əhəmiyyət kəsb edir. Bu Zirvə Azərbaycanın COP29 ilə bağlı mesajlarının bu mötəbər platforma vasitəsilə bir daha çatdırılması, eləcə də bu istiqamətdə səmərəli müzakirələrin aparılması baxımından da çox əhəmiyyətlidir.

Azərbaycanın bu tədbirdə iştirakı eyni zamanda ölkəmizin Şərq ilə Qərb arasında bütün sahələrdə mühüm körpü rolunu oynamasının növbəti dəfə əyani təsdiqidir.

İyulun 3-də Astanada imzalanmış “Azərbaycan İnvestisiya Holdinqi və “Samruk-Kazına” Milli Rifah Fondu” Səhmdar Cəmiyyəti arasında Səhmdarlar Müqaviləsi”nin Prezident İlham Əliyevin və Prezident Kasım-Jomart Tokayevin iştirakı ilə mübadiləsi mərasimi olub.

Astanada Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinlə, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub.

Putinlə görüşdə Rusiya prezidenti Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına və sülh gündəliyinin irəli aparılmasına daim dəstək verməyə hazır olduğunu deyib.

Bu əsnada müzakirələr aparılıb. Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesi haqqında məlumat verib.

Astanada həmçinin Prezident İlham Əliyev, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş baş tutub.

Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” qəbul olunub.

Astanada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçirilib.

Politoloq Tural İsmayılov bildirdi ki, Azərbaycan bu gün beynəlxalq təşkilatlar tərəfindən xüsusi hörmət göstərilən ölkədir: “Ölkəmiz daha əvvəl də bir sıra təşkilatların iclaslarında üzv olmasa belə, cənab Prezidentin timsalında fəxri qonaq kimi iştirak edib. Həmçinin ölkəmiz bundan qabaq da Şanxay Əməkdaşlıq Təşkilatının iclaslarına fəal şəkildə qatılıb. Əvvəla, biz ŞƏT-lə dialoq tərəfdaşlığına malikik, həm də ŞƏT-ə üzv olan ölkələrlə həm ikilikdə, həm də müxtəlif təşkilatlar çərçivəsində aktiv əməkdaşlıq edirik. Yeri gəlmişkən, Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Can Min bu ilin fevralında Bakıda Prezident İlham Əliyev tərəfindən qəbul edilərkən ölkəmizin ŞƏT-in fəal tərəfdaşlarından biri olduğunu vurğulamışdı”.

Tural İsmayılov: Azərbaycan OPEC ilə əməkdaşlığını genişləndirir - AZƏRTAC

Tural İsmayılov

T.İsmayılov qeyd etdi ki, ŞƏT yeni dünya iqtisadiyyatılnda mühüm əhəmiyyətə malik olacaq və burada Azərbaycan kilid nöqtələrdən birini təşkil edir: “Yəqin ki, yaxın zamanlarda ŞƏT Azərbaycana müşahidəçi statusu da verəcək. Prezident İlham Əliyevin ŞƏT-in Astana Sammitində iştirakı Azərbaycanın COP29-la bağlı mesajlarının bu mötəbər platforma vasitəsilə bir daha çatdırılması üçün yeni imkanlar yaratmış olacaq”. Ekspert məmnunluqla vurğladı ki, Azərbaycan hazırda bütün beynəlxalq təşkilatların diqqət mərkəzində olan ölkədir”.

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov “Yeni Müsavat”a bildirdi ki, ŞƏT genişlənməkdə olan və sıralarında Çin, Hindistan və Rusiya kimi suberdövlətləri birləşdirən regional beynəxalq təşkilatdır: “Hazırda dünyada baş verən qlobal proseslər, o cümlədən çoxqütblü dünya düzəninin formalaşma prosesi gedir. Azərbaycan artıq dünya çapında aktorlardan birinə çevrilmiş dövlət olaraq milli maraqlarımıza uyğun gələn, iqtisadi maraqlarımızla uzlaşan belə təşkilatlarla əməkdalığı genişləndirməlidir və genişləndidir də. Əslində Azərbaycan uzun illərdir ŞƏT-lə əməkdalıq edir. 2015-ci ildə ŞƏT-ə üzv dövlətlərinin başçıları Şurasının iclasında Azərbaycana tərəfdaş statusun verilməsi ilə bağlı qərar qəbul edilib, 2016-cı ildə Pekində Azərbaycana ŞƏT-in dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandum imzalanıb. Azərbaycan planlaşdırlan Astana zirvə toplantısından əvvəlki zirvə toplantısında təmsil olunub. Həmin Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev parlaq bir çıxış da etmişdi. Azərbaycanın ŞƏT-in bilavasitə özü ilə, həm də bu təşkilata daxil olan dövlətlərin əksəriyyəti ilə ikitərəfli əməkdaşlığı mövcuddur. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinın də əsas hissəsi bu dövlətlərin ərazilərindən keçir”.

S.Məmmədov əlavə etdi ki, bu baxımdan Azərbaycanın ŞƏT ilə əməkdaşlığını genişləndirməsi milli maraqlarımıza tam uyğundur: “Həmçinin iqtisadi maraqlarımızın təmin olunması baxımından da ŞƏT-lə əməkdalıq vacibdir. Eyni zamanda Azərbaycanın bu təşkilatla əməkdaşlığında üzv dövlətlərin özləri də maraqlıdır. Azərbaycan müstəqil siyasəti olan dövlətdir. Qərb dövlətləri ilə əməkdaşlıq etsə də, öz müstəqil iqtisadi və siyasi mövqeyi var. Bu isə çox vacib bir şərtdir. Həm də Azərbaycanın geostrateji mövqeyi ŞƏT dövlətləri üçün cəlbedicidir. Bir sözlə, istər təşkilatla əməkdaşlıq, istəsə də təşkilata daxil olan dövlətlərlə ikitərəfli əməkdaşlıq həm bizim, həm onların maraqlarına uyğun gəlir. O da istisna olunmur ki, yaxın gələcəkdə həm Azərbaycan, həm də qardaş Türkiyə bu təşkilatla əməkdaşlıqlarını yeni bir müstəviyə keçirsin”.

Həm də qürurverici haldır ki, ŞƏT qurucusu olan iki qardaş ölkə – Özbəkistan və Qazaxıstan tərəfindən Azərbaycan lideri belə mötəbər tədbirə dəvət olunub. Yeri gəlmişkən, bir neçə gündən sonra Azərbaycan özü daha bir zirvəyə ev sahibliyi edəcək – Şuşa Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərini qəbul edəcək. Türk coğrafiyası öz sözünü Avropa və Asiya arasındakı qlobal layihələrin icrasında da deyir, ŞƏT Zirvəsi də bunun sübutudur.

E.PAŞASOY,
“Yeni Müsavat”

 

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

ŞƏT-ə üzv ölkələrin liderləri birlik haqqında Astana Bəyannaməsini imzaladılar

Next

Azərbaycanda müşahidə edilən FAKTİKİ HAVA – 04.07.2024

Xəbər lenti

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Son Yazılar

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv