Cəmiyyət 

Müəllimlər üçün təlim

Şirvan-Salyan Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə diaqnostik qiymətləndirməyə cəlb olunacaq məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin İKT savadlılığının artırılması məqsədilə təlimlər başlayıb.

ARANTV.AZ  xəbər verir ki, təlimlərə bütün məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllimləri cəlb edilib.

Təlim zamanı müdavimlərə ilkin İKT bilikləri və onlardan gündəlik həyatda effektiv istifadə bacarıqları öyrədilir.

Ümumilikdə, təlimlər Şirvan-Salyan Regional Təhsil İdarəsinin əhatə etdiyi bütün rayonlarda təşkil olunub.

Daha çox xəbərlər