Yeni iqtisadi imkanlar
Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü ona üzv olan ölkələrin iqtisadiyyatının inkişafı, təhlükəsizliyin təmin edilməsi, qarşısılıqlı əlaqələrin möhkəmləndirilməsi, vacib problemlərin həlli, birgə fəaliyyətin tənzimlənməsi baxımından böyük əhəmiyyətə malikdir.
Prezident İlham Əliyevin Zirvə toplantısına qonaq qismində ikinci dəfə qatılması isə dövlətimizin dünyada artan nüfuzunun və ona göstərilən böyük etimadın ifadəsi olmaqla bərabər, ölkəmizə bəslənilən ümid və onun gələcəyinə olan inamdır”.
Ölkəmiz dünyanın iqtisadi cəhətdən inkişaf edən və ictimai-siyasi baxımdan ən sabit ölkələrindən biridir. Azərbaycan həm də Prezident İlham Əliyevin düşünülmüş siyasəti nəticəsində dünya dövlətləri ilə münasibətlərin yaxşılaşdırılmasına, əlaqələrin möhkəmləndirilməsinə,sülhün, əmin-amanlığın təmin edilməsinə böyük önəm verir və bu sahədə imkanlarını və təşəbbüslərini əsirgəmir.
Şanxay Əməkdaşlıq Təşkilatıda öz fəaliyyətində demokratik prinsiplərə,dövlətlər arasında qarşıslıqlı etimada və qonşuluq münasibətlərinə,siyasət,ticarət,iqtisadiyyat, elm və texnologiya, mədəniyyət, təhsil, enerji,nəqliyyat,turizm,sülh,təhlükəsizlik və sabitliyin əldə olunması üçün səylərin birləşdirilməsinə əsaslanan bir orqan kimi üzv dövlətlərin əlaqələndirilməsində, vacib problemlərin müzakirə edilib aradan qaldırılmasında mühüm rol oynayır. Azərbaycan bu təşkilatda dialoq tərəfdaşı statusuna sahib olmasına baxmayaraq onun fəaliyyətində yaxından iştirak edir. Bu qurumla ölkəmiz arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb: “Terrorizm, ekstremizim və separatçılıq ilə mübarizəyə, regional təhlükəsizlik və sabitliyin qorunmasına böyük önəm verən dövlətimiz hər sahədə təşkilatla əlaqələrini ildən-ilə möhkəmləndirmək əzmindədir. 16 ölkənin dövlət və hökümət başçılarının qatıldığı Zirvə görüşünün “Çoxtərəfli dialoqun möhkəmləndirilməsi-davamlı sülhə və inkişafa nail olmaq” mövzusuna həsr edilməsi bu günümüz üçün vacib və bəşəriyyəti düşündürən başlıca məsələdir. Cənab İlham Əliyevin Zirvə görüşü çərçivəsində Rusiya Prezidenti Vladimir Putin, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Çin Xalq Respublikasının sədri Si Cinpin ilə görüşləri, əlbəttə ki, ölkəmizin gələcək inkişafı və təhlükəsizliyi baxımından çox əhəmiyyətlidir”.T.Rzayev bildirib ki, Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası və Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyənnamə”nin qəbul edilməsi dövlətimizin yeni uğurudur.Çünki Çin dünyanın iqtisadi cəhətdən inkişaf edən və böyük nüfuza malik olan dövlətlərindən biridir. Bəyannaməyə əsasən, tərəflər terrorizmin, separatizmin və ekstremizmin bütün beynəlxalq ictimaiyyət üçün ciddi təhdidlər yaratdığını nəzərə alaraq bu çağırışların qarşısını almaq və onlara qarşı mübarizə aparmaq üçün ümumi səyləri birləşdirməyi qarşıya məqsəd qoyurlar.
Prezident İlham Əliyevin Çin xalq Respublikası ilə əlaqələrin möhkəmləndirilməsinə böyük önəm verdiyini öz çıxışı zamanı bu sözlərlə ifadə edib: “Ölkəmizin arasında əmtəə dövriyyəsinin artması bizi sevindirir, o, 3 milyard dollara çatıb və artım potensialına malikdir. Biz Çin Xalq Respublikasından Azərbaycana ixracın artmasından məmnunuq”.
Astanada Azərbaycan, Türkiyə və Pakistan dövlət rəhbərlərinin bir araya gəlməsi və mühüm sənədlərin imzalanması, dünyanın diqqət mərkəzində olan vacib problemlərin gündəmə gətirilməsi sülh və təhlükəsizliyə zəmanətdir. Bu Dövlətlər daim bir-biri ilə sıx əlaqədə olub, tarixi və mədəni bağları, qarşılıqlı hörmət və etimad əsasında əməkdaşlığı möhkəmləndiriblər. “Üstərəfli görüş hər üç ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin yeni istiqamətdə genişləndirilməsinə imkanlar yaradır və bu, gələcək inkişafa, təhlükəsizliyə hesablanıb. Prezident İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatında iştirakı və keçirilən səmərəli görüşlər zamanı bir çox məsələlərin gündəmə gətirilməsi, mövcud problemlərin həllinin araşdırılması, əməkdaşlığın möhkəmləndirilməsinə səylərin göstərilməsi və uğurların əldə edilməsi Azərbaycanın qələbəsidir və dövlətimizin getdikcə artan nüfuzunun parlaq göstəricisidir…
Prezident İlham Əliyevə və dövlətimizə göstərilən yüksək hörmət və ehtiram, Şanxay Əməkdaşlıq Təşkilatı üzv dövlətləri ilə yeni iqtisadi münasibətlərin yaranması xalqımızın xoşbəxt gələcəyinə yeni yollar açır.
Sevda Hacıyeva, YAP Bərdə rayon təşkilatı fəalı,Cumalar kənd tam orta məktəbin direktoru.