İlin ilk beş ayında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə aparılan əməliyyatların sayı açıqlanıb
Cari ilin yanvar-may ayları ərzində vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üzrə 101 min 620 əməliyyat aparılıb.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, cari ilin ilk 5 ayı ərzində 2 milyon 161 min 585 notariat hərəkəti xüsusi qaydada fəaliyyət göstərən notariuslar tərəfindən, 8 min 939 notariat hərəkəti isə dövlət notariat ofislərinin notariusları tərəfindən həyata keçirilib.