Müdafiə nazirinin müavinlərinin sayı AZALDILDI
Müdafiə Nazirliyinin struktur bölməsinə dəyişiklik edilib.
ARANTV.AZ xəbər verir ki, rəsmi olaraq müdafiə nazirinin müavinlərinin sayı azaldılıb.
Belə ki, müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordunun Komandanı vəzifəsi siyahıdan çıxarılıb.
Müdafiə naziri, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi, müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı, müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı, müdafiə nazirinin müavini – Baş direktor vəzifələri isə yerində qalıb.
Nazirlikdən faktı Oxu.Az-a təsdiq ediblər.


