Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatı “Ulu öndər Heydər Əliyev ideyaları Azərbaycanın qüdrətli inkişafının əsasıdır!”adlı tədbir keçirmişdir.

YAP Bərdə rayon təşkilatı Ulu öndər Heydər Əliyevin hakimiyyətə birinci gəlişinin 55-ci ildönümü münasibətilə tədbir keçirmişdir.
Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə tər güllər düzərək əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP üzvü olan şəhid anaları, qazilər, Ulu öndər Heydər Əliyevlə görüşmüş şəxslər, YAP fəalları, həmçinin Ulu öndər Heydər Əliyev və onun əbədi yaşar ideyaları haqqında əsərlər yazmış Bərdə yazarları iştirak etmişlər.
Tədbiri giriş nitqi ilə açan YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya xalqımızın ümummilli lideri Heydər Əliyevin xalqa və dövlətə xidmət missiyasının böyüklüyündən danışmış, onun parlaq ideyalarının zamana qalib gələrək daim xalqımızın yolunu aydınlatdığını bildirmişdir.
Tədbirdə çıxış edən şəhid anası Arzu Hüseynzadə, qazi Pünhan Əliyev, Qarabağ RTİ Bərdə sektorunun müdiri Qurban Məmmədov, YAP- ın ilk üzvlərindən, respublikanın Əməkdar müəllimi Rzaqulu Şərifov, YAP-ın gənc fəalı, Qarabağ Gİİ Bərdə sektorunun nümayəndəsi Fidan Nəsirli, Ulu öndərin göstərişi ilə Bərdədə fəaliyyətə başlamış Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecində ərazi partiya təşkilat sədri Raqub Yunisov, Bərdə Peşə Liseyinin direktoru Samir Nəcəfov çıxış etmiş, Ulu öndər Heydər Əliyevin əbədiyaşar ideyalarından, uğurlu dövlət siyasətinin müəyyən məqamlarından danışmışlar. Tədbirdə QMƏVŞAİB rayon şöbəsinin sədri Etibar Hüseynova, rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Vüsal Məmmədov Ulu öndərlə olan görüş xatirələrini danışmışlar. Tədbir çıxış edən Bərdə yazarlarından Arzu Yaqub qızı, Telman Hüseynov, İsa Sevər Ulu öndərə həsr etdikləri poemadan parçalar və şerlər səsləndirmişlər.
Tədbir YAP-ın Himninin səsləndirilməsi ilə başa çatıb.

Daha çox xəbərlər