Cəmiyyət 

Pirşağı çimərliyində batan 2 nəfər çıxarılıb – Biri ölü, biri diri

Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 2 nəfər vətəndaş çimərkən batıb.

ARANTV.AZ  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, “112″ qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri əraziyə cəlb olunub.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 2007-ci il təvəllüdlü Mirzəyev Nihad Yalçın oğlu “Qızılqum” dalğıc-axtarış qrupunun xilasediciləri tərəfindən xilas edilib.

Digər şəxs, 2010-cu il təvəllüdlü Seyidov Mirkamil Mirəli oğlunun cəsədi xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Daha çox xəbərlər