Siyasət 

Azərbaycanda qeydiyyatsız siqaret istehsalı operativ vergi nəzarəti formasına daxil edilib

Prezident İlham Əliyev Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

ARANTV.AZ  xəbər verir ki, yenilənmiş Məcəlləyə əsasən, qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi, habelə qeydiyyat şərtlərinin pozulması faktlarının aşkar edilməsi operativ vergi nəzarəti formasına daxil edilib.

Bundan başqa, dövlət başçısı “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib. Yenilənmiş qanuna əsasən, tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinə tütün məmulatının idxalını və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışın verilməsi üçün dövlət rüsumu 150 manat müəyyən olunub.

Daha çox xəbərlər