Azərbaycan Ordusunun hərbi qulluqçusu bədbəxt hadisə nəticəsində həlak olub
Azərbaycan Ordusunun hərbçisi bədbəxt hadisə nəticəsində həlak olub.
Lent.az xəbər verir ki, hadisə Kəlbəcərdə baş verib.
Əslən Ordubaddan olan Zaqatala sakini, müddətdən artıq xidmət edən hərbi qulluqçu Yunis Abbasov uçqun altında qalaraq dünyasını dəyişib.
Müdafiə Nazirliyindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Abbasov Yunis Vasif oğlunun baş vermiş bədbəxt hadisə nəticəsində həlak olması ilə bağlı məlumatı təsdiq ediblər.
Qeyd edilib ki, faktla bağlı araşdırma aparılır.
“Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir”, – məlumatda vurğulanıb.