Ağcabədidə narkokuryerdən 7 kiloqram heroin, tiryək və marixuana aşkar edilib VİDEO
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Arantv.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səbuhi Mamedov saxlanılıb. Həmin şəxsdən 7 kiloqram heroin, tiryək və marixuana aşkarlanıb. O, maddi qazanc müqabilində sosial şəbəkə vasitəsi ilə tanıdığı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

