Cəmiyyət 

Bakıda qrilin içindən qurd çıxdı

Bakıda təndirxanaların birində satılan qrilin içindən qurd çıxıb.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Sözügedən təndirxananın 8 noyabr prospektində yerləşdiyi bildirilir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, Bakıda 8 Noyabr prospektində yerləşən təndirxanalardan birindən alınan qrildən qurd çıxması ilə bağlı məlumat sosial şəbəkələrdən götürülərək araşdırmalara başlanılıb.

Araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək.

Görüntüləri təqdim edirik:

lent.az

Daha çox xəbərlər