16 İyul – Ümumdünya İlan Günü
16 İyul Dünya İlan günü münasibəti ilə gec də olsa ” Slytherin” və digər ilansevərləri təbrik edirəm . “Ağına da nəhlət ( lənət) , qarasına da ! ” deyə-deyə ilan növlərinin 6da 1-ini qırmızı kitaba saldıq.
Piton və yatağan kimi ibtidai ilanlar 100 milyon il əvvəl kərtənkələdən təkamül etdiyi üçün hələ də onlarda funskiyasını çoxdan itirmiş ayaqlar görmək mümkündür. Günümüzdə bu qolları ilanların cinsiyyətini bilmək üçün istifadə edirlər ( dimorfik olduğu üçün: Erkəklərdə nisbətən daha uzun olduğu halda dişilərdə sadəcə çıxıntı kimidir ) .
Dillərinin haçalanmış forması isə əslində onların qoxu almasını asanlaşdırır.

