Şou biznes 

Seyran sükutu albomla pozdu

Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov uzun fasilədən sonra “Body Mind Soul” adlı yeni instrumental albomunu təqdim edib.

ARANTV.AZ xəbər verir ki, pop ulduz bir müddətdir üzərində çalışdığı on səkkiz mahnıdan ibarət musiqi layihəsini bütün musiqi platformalarında dinləyicilərin ixtiyarına verib. O, özünəməxsus “Steps to God” musiqisini ekranlaşdırmaq qərarına gəlib. Diqqət çəkən məqam isə ekran işinin rejissorluğunu Seyranın özü etməsidir.
Layihənin baş prodüseri sənətçinin özüdür.

Daha çox xəbərlər